İnsanlara hürriyət, millətlərə istiqlal!

“O, Putindən sonrakı Rusiyanın ümid yeridir” – “Vaşinqton Post”

1423 19.04.2023 12:23 Son xəbər A A

ABŞ-ın “Vaşinqton Post” qəzetinin redaksiya heyəti Rusiyada 25 il azadlıqdan məhrum edilmiş jurnalist və siyasətçi Vladimir Kara-Murza ilə bağlı məqalə yayıb.

Novator.az-ın məlumatına görə, məqalədə deyilir: “Kara-Murzanın səhhətində ciddi problemlər var, o, 25 illik həbsə tab gətirə bilməz.

İkincisi, o, heç bir cinayət törətməyib, eləcə Rusiya prezidenti Vladimir Putinin qəzəbinə tuş gəlib və məhz bu səbəbdən Stalin hakimiyyəti dövründən bəri ən uzunmüddətli həbs cəzalarından birinə məhkum edilib. Putin ondan qisas alır.

ABŞ Kara-Murzanın müdafiəsinə qalxmalıdır. Təkcə ona görə yox ki, Kara-Murza demokratik dəyərlərin təmsilçisidir, həm də ona görə ki, Kara-Murza və onun kimi digər insanlar Putindən sonrakı azad Rusiyanın ümid yeridir.

Birləşmiş Ştatlar Kara-Murzanı qanunsuz, əsassız həbs edilmiş şəxs kimi tanımalıdır. Vaşinqtonun belə bir addım atması Moskva ilə məhbus mübadiləsi danışıqlarını asanlaşdıra bilər.

Kara-Murza ABŞ-ın daimi sakini, onun həyat yoldaşı Yevgeniya Kara-Murza və üç övladı ABŞ vətəndaşıdır.

Yevgeniya neçə aydır ərinin məhbus mübadiləsinə yararlı status alması uğrunda çarpışır. Vladimir Kara-Murza belə bir statusa tam uyğun gəlir. Onun bu statusu almağa haqqı çatır”.

Yevgeniya Kara-Murza “Vaşinqton Post”a açıqlamasında həyat yoldaşının mübadilə ilə razılaşacağını bəyan edib və hələ soyuq müharibə dövründə Rusiyada (SSRİ-də) həbsdə olan bəzi dissidentlərın Qərbdə tutulmuş ayrı-ayrı adamlarla dəyişdirilməsi təcrübəsinin olduğunu xatırladıb.

“Vaşinqton Post” yazır: “Vladimir Kara-Murza Rusiyaya ötən il qayıdıb. Onu təhlükə gözlədiyini bilə-bilə qayıdıb. Kara-Murzanın heç bir cinayəti yoxdur. O, heç bir qəbahət iş görməyib. Vətənə xəyanət etməyib, sadəcə, söz azadlığı hüququndan yararlanmaq istəyib. Kara-Murzanın həbsi, istintaqı, məhkəmənin onun barəsində çıxardığı hökm – hamısı uydurma ittihamlara söykənir. Amma onun səhhətinin pisləşməsi uydurma deyil, reallıqdır.

2015 və 2017-ci illərdə Rusiya xəfiyyəsi Kara-Murzanı hansısa maddə ilə zəhərləmiş, onu iflic etmək istəmişdi. Həmin zəhərlənmələr nəticəsində Kara-Murzanın beynində sinir mərkəzləri zədələnib, o, polineyropatiyadan əziyyət çəkir.

Vladimirin bədənində keyimə sol tərəfdən başlayıb, sonra sağ tərəfə də keçib. Hazırda ayaqları və sol qolu hissiyyatı itirməkdədir.

Kara-Murzanın vəkillərindən biri – Vadim Proxorov deyir ki, əslində bu xəstəliyinə görə o, həbsxanaya salınmamalı idi. Ancaq vəkillərin gətirdiyi arqumentlərə məhəl qoyan yoxdur.

“25 il o yana dursun, onun heç 5 il də ömrü qalmayıb. Vladimir üçün həbs ölüm-dirim məsələsidir. – Yevgeniya Kara-Murza belə deyir. – Biz Vladimiri və onun kimiləri itirsək, xarabazara çevrilmiş Rusiyanı gələcəkdə kim dirçəldəcək? Kim Rusiyanın yenidən avtoritar, yaxud totalitar rejimə qayıtmasının qarşısını alacaq? Vladimir iki dəfə zəhərlənsə də, duruş gətirə bildi. Dostu, keçmiş baş nazir müavini, islahatçı Boris Nemtsov qətlə yetirilsə də, Vladimir mübarizəni dayandırmadı. Bütün bunlar onu qorxutmadı. O, yenə mübarizəsini davam etdirmək üçün Rusiyaya qayıtdı. Məncə, Vladimir azad Rusiya uğrunda mübarizədən əl çəkməyəcəyini birmənalı sübuta yetirib. Demokratik ictimaiyyət bu cür insanlara dayaq durmağa borcludur”.

Həyat yoldaşı vurğulayır ki, Vladimir Kara-Murza ilk növbədə jurnalistdir: “O, 2012-ci ildə ABŞ Konqresinin Rusiyada insan haqlarının pozulmasına cavab olaraq qəbul etdiyi Maqnitski aktını dəstəklədiyinə görə Rusiyanın Vaşinqtondakı səfirliyinə buraxılmadı. Siyasətə də o gündən qoşuldu. Bildirdi ki, geri çəkilən deyil, sözünü deyəcək. Beləcə, bu yanaşma onu siyasətə apardı. Ümidvaram ki, Vladimir bundan sonra da həqiqətləri söyləyə biləcək, özü də azadlıqda. Rusiyanı köləlikdən qurtarmaq üçün hələ çox iş görülməlidir”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR