İnsanlara hürriyət, millətlərə istiqlal!

O əfsanə "Jiqulu"nin əfsanə sahibi Sərvər CANLI EFİRDƏ! Sabah Kahramanmaraşa gedir

1622 14.02.2023 11:24 Gündəm A A

Rusiya Şimal Donanmasının gəmiləri 30 ildə ilk dəfə göyərtəsində taktiki nüvə silahları ilə dənizə çıxmağa başlayıb. Bu barədə Norveç Kəşfiyyat Xidmətinin (NKX) illik hesabatında bildirilib. Sənədə əsasən, sovet dövründə Şimal Donanmasının döyüş gəmiləri müntəzəm olaraq taktiki nüvə silahları ilə dənizə çıxırdılar, lakin soyuq müharibədən bəri belə hallar aşkarlanmamışdı. Kəşfiyyat məlumatlarına görə, Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra Rusiya üçün “nüvə silahının əhəmiyyəti xeyli dərəcədə artıb”.

“Nüvə potensialının mərkəzi hissəsi Şimal Donanmasının sualtı qayıqlarında və yerüstü gəmilərdə yerləşir”, - hesabatda qeyd olunub. Kəşfiyyat məlumatlarına görə, bu silahlar NATO ölkələrinin iştirak edə biləcəyi “əməliyyat variantlarında xüsusilə ciddi təhlükə yaradır”.

Rusiyanın qorxunc planı işə salındımı? Proseslər hara doğru gedir? Fevralın 24-ə kimi Rusiya nələrə, necə nail olmağa çalışacaq?
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyəcəksiz. Müzakirəyə hərbi ekspertlər də qoşulacaq. Tamaşaçılarımız da sual və rəyləri ilə verilişdə iştirak edə bilərlər.


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/@Musavattv


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR