İnsanlara hürriyət, millətlərə istiqlal!

Nyu-Yorkun müsəlman meri küçəlırin qarını təmizlədi - ibrətamiz görüntülər yayıldı VİDEO

1468 26.01.2026 00:55 Dünya A A

Musavat.com xəbər verir ki, ABŞ-ın Nyu-York şəhərinin meri Zohran Mamdani son günlər şəhəri iflic edən güclü qar fırtınası fonunda küçələrdə qar təmizləmə işlərinə şəxsən qoşulub.

Sosial şəbəkələrdə yayılan videoda merin adi kommunal işçilərlə birgə qarı kürəklə təmizlədiyi, yol kənarlarında hərəkətin bərpasına kömək etdiyi görünür.

Qeyd edək ki, hazırda ABŞ ərazisində son illərin ən güclü qış fırtınalarından biri yaşanır. “Arktik qar fırtınası” kimi xarakterizə edilən bu hava hadisəsi ölkənin böyük hissəsini əhatə edib və təxminən 200 milyonadək insanın gündəlik həyatına ciddi təsir göstərib. Bir sıra ştatlarda yollar bağlanıb, uçuşlar ləğv olunub, elektrik enerjisində fasilələr yaranıb, məktəblər və dövlət müəssisələri fəaliyyətini məhdudlaşdırıb.

Məhz bu çətin şəraitdə Nyu-York merinin qar təmizliyində iştirak etməsi şəhər sakinləri və ictimaiyyət tərəfindən müsbət qarşılanıb. Bir çoxları bu addımı simvolik deyil, real liderlik nümunəsi kimi dəyərləndirir. 

Onu da xatırladaq ki, Zohran Mamdani ABŞ tarixində Nyu-York şəhərinin ilk müsəlman meridir. O, siyasi baxışlarına görə Tramp administrasiyasına qarşı sərt mövqeyi ilə də tanınır. Mamdani müxtəlif çıxışlarında ABŞ prezidenti Donald Trump və onun administrasiyasını açıq şəkildə tənqid edib, sosial ədalət, miqrant hüquqları və bərabərlik məsələlərində kəskin mövqeyi ilə seçilib.

Müşahidəçilərin fikrincə, Nyu-York merinin qar fırtınası zamanı sərgilədiyi bu davranış həm ABŞ siyasətində fərqli idarəetmə üslubunun, həm də ictimaiyyətlə birbaşa təmasda olan lider modelinin göstəricisi kimi dəyərləndirilə bilər.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR