İnsanlara hürriyət, millətlərə istiqlal!

Nüşabə Musayevanın lüks maşınına hücum oldu - VİDEO

1875 17.04.2025 17:12 Şou-biznes A A

Müğənni Nüşabə Musayevanın başına iş gəlib.

Onun avtomobilinə tanımadığı şəxs tərəfindən hücum olunub.

Sənətçinin sözlərinə görə, o, yaşadığı binanın həyətində iki lüks avtomobilini qoşa saxlayıb. Kimliyi məlum olmayan şəxs tərəfindən maşınlardan birinə daşla hücum olub.

"Mənə yaxın dura bilməyən şəxs elə avtomobilimə yaxın dura bilər. Şikayət etmək xarakterimdə yoxdur. Demirəm gəlib xərcini ödəsin, sadəcə kimliyini bilmək istəyirəm. Hərəkətinin səbəbini öyrənim. Binadan daş atıla bilməz. Gecə 2-də marketə getmişəm, belə deyildi. Qəsdən olunub, zərbə ilə vurulub. Yaxınlaşıb vurub, daş da içəri düşüb.

Bu həddə düşmən olacağım heç kim yoxdur. Ola bilər emosional insanam, kimsə deyə bilməz ki, pislik etmişəm. Digər "X6" markalı avtomobilimi də yanında saxlamışdım. Yəqin ki, bilməyiblər mənimdir. Sözün varsa, üzümə gəlib de, malımı-mülkümü hədəf alma".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR