İnsanlara hürriyət, millətlərə istiqlal!

Nürnberqdə mühakimə olunmalı şəxsə Münhen şansı və İlham Əliyevin təklif etdiyi YOL

1698 20.02.2023 16:37 Gündəm A A

18 fevralda Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması”adlı plenar iclasda dünya bir ilkə şahidlik etdi. Münhen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgen moderatorluq etdiyi plenar iclasda şəxsən etiraf etdi ki, o, Azərbaycan, Gürcüstan və Ermənistan liderlərinin tarixdə ilk dəfə bir araya gəldiyini bilmirmiş, bunu Azərbaycan Prezidentindən öyrənib.

Bəli, Cənubi Qafqazın üç ölkəsinin rəhbəri, Azərbaycan Prezidenti İlham Əliyev, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilk dəfə eyni platformada çıxış etdilər, fikir mübadiləsi apardılar, ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Şurasının sədr müavini xanım Helqa Maria Şmidin də iştirakı ilə. Ermənistan üçün növbəti dəfə şans qapısı açılıb...

Bu yerdə qeyd edək ki, 1918-ci ildə Qafqazda üç müstəqil respublikanın yaradılması hadisəsi Tiflisdə, eyni binada, üstəlik eyni zalda elan edilib və bunu simvolizə edən lövhələr vurulub. Azərbaycan torpaqlarında dövlət quran Ermənistan öz adının üçüncü yerdə həkk olunmasını sinirə bilməyib və bu şərəfdən imtina edib. Bu mənada növbəti şansı da qaçıracağı ehtimalı güclüdür.

105 il öncə “Qafqaz evi” ideyasını can-başla qəbul etsəydi, nə bu müharibələr olardı, nə fəlakətlər, nə qan-qadalar. O zaman da ermənilərin başının altına yastıq qoyanlar, ondan maşa kimi istifadə edənlər bu gün də “ocağı” körükləyirlər, eyni koordinat, eyni dalğa...

Bəli, Qafqazın üç lideri tarix boyunca ilk dəfə görüşdü. Bundan əvvəl, 2022-ci ilin yayında Azərbaycan, Ermənistan və Gürcüstan XİN başçıları bir araya gəlmişdi, görüşə ev sahibliyini Tiflis etmişdi. İlia Darçiaşvili, Ceyhun Bayramov və Ararat Mirzoyan mətbuata qapalı görüşdə regional məsələləri müzakirə etmişdilər. Məhz bundan sonra ABŞ, yaxud Avropa İttifaqının ideyası, Gürcüstanın təşkilatçılığı ilə Qafaz ölkələri liderlərinin görüşünün keçirilə biləcəyi ehtimalı gündəmə gəlmişdi. Bu mənada Münhenin irəli düşməsi və ABŞ-ın təşəbbüsünü reallaşdırması mühüm hadisədir.

Ceyhun Bayramovla Mirzoyan arasında görüş başa çatdı — Foto+Yenilənib

Düzdür, Ermənistan hələ də köhnə stereotiplərdən əl götürmək istəmir, Azərbaycana qarşı saxta, heç bir əsası olmayan iddiaları ingiliscənin əzik-üzük variantında tirajlamaqdadır, Nikol Paşinyan eyni davranışı iki illik fasilədən sonra Münhendə növbnəti dəfə nümayiş etdirdi. Baş nazir bir tərəfdən özünü “demokrat” libasında Qərbə sırımağa, Rusiyadan qopmağa çalışır, digər tərəfdən də qonşusuna qarşı ən aşağı səviyyədə mübarizədən çəkinmir, bununla faktiki olaraq bölgədə hegemon siyasətini davam etdirməkdə qərarlı olan paytaxtların, ilk növbədə Moskvanın əlinə işləyir. Azacıq düşüncəsi olan şəxs anlamalıdır ki, bölgədə normal həyata qayıdış Avropa İttifaqının patrullarının, yaxud Fransa jandarmasının Ermənistana gətirilməsindən keçmir. Bu, olsa-olsa, Ermənistanda hərbi bazası və Azərbaycanda sülhməramlı hərbi kontingenti olan Kremli qıcıqlandıra, son nəticədə bölgəni yeni qana sürükləyə bilər. Zatən, Azərbaycanın mövqeyi bəlli...Nikol Paşinyan Türkiyə ilə münasibətləri normallaşdırmağın zərurətindən danışır, Azərbaycanla sülhə hazır olduğunu deyir, amma digər tərəfdən də Türkiyə ilə sərhədə, həmçinin Azərbaycanla dəqiqləşdirilməyən sərhəd xəttinə avropalı patrul və jandarmaları dəvət edir,/ belə sülh və əməkdaşlıqmı olar? Sən Türkiyə ilə sərhəd qapısının açılmasından danış, ardınca da fransız jandarları qapının ağzına çağır...Anormallıq! Rusiya-Ukrayna müharibəsinin gətirdiyi bəlalar göz önündə, Qərb dolayısı ilə bu savaşda iştirak edir, Paşinyan bölgəni növbəti bəlaya düçar etməyə yaxın olduğunu doğrudanmı anlamır?

Türkiyə ilə siyasi razılaşmalar əldə edilib - Paşinyan, son xeberler

Diqqət edin, Münhen platformasında ilk olaraq söz verilən Azərbaycan Prezidenti “Avrasiyada sülhün bərqərar olmasını istəyirik. Hesab edirəm ki, Azərbaycan və Ermənistan uzun müddət çəkmiş toqquşmadan uzaqlaşmanı nümayiş etdirməli, qarşılıqlı ədavət və düşmənçiliyə son qoymalıdırlar”-deməklə bütövlükdə dünyaya sülh mesajı vermiş oldu. Dövlət başçımız xatırlatdı ki, Azərbaycan xalqı müharibənin nə olduğunu, onun xalqlar üçün nə dərəcədə dağıntılar və əziyyətlər gətirdiyini bilir. Bu çağırış həm də “Qafqaz evi”nin qurulması, yaraların sarılması üçün idi. Amma Paşinyan ilk çıxışında nə dedi? Müharibənin nə olduğunu bilməyən biri kimi, nağılvari danışdı. Söylədi ki, “biz öz üzərimizə düşən vəzifəni yerinə yetirsək, bu, bütün region üçün faydalı olar”. Elə o məqamda sual yarandı: “Üzərinə düşəni yerinə yetirməyə sənə kim mane olur? Məsələn, 2020-ci ilin 10 noyabr üçtərəfli sazişinin azı iki bəndinin icrasına mane olan nədir?” Aydın göründü ki, yenə də rola girib, özünü “mələk” libasında təqdim etməyə çalışır bu “demokrat”. Hansı kitabda yazılıb ki, demokrat qonşusunun ərazisini işğal etməli, uşaq və qadınlarını yatdığı yerdə öldürməli və 1 milyon insanın yaşamaq, yüz minlərlə vətəndaşın seçmək, seçilmək hüququndan məhrum edən işğala bəraət qazandırmaz, “Qarabağ Ermənistandır” deməklə fəlakətli müharibənin fitilini alovlandırmazdı! Alman faşizminin qalıqları işğal və təcavüzdən sonra elə Almaniyanın Nürnberq şəhərində təşkil olunan Beynəlxalq Hərbi Tribunalında çarmıxa çəkildi! Hitlerçilər ABŞ, Böyük Britaniya, Fransa və SSRİ-nin açdığı iddia əsasında, “insanlığa qarşı cinayət, müharibə cinayəti, dünyada sülhə qarşı işlənən cinayət və müharibəyə səbəb olmaq” ittihamları ilə mühakimə edildi. Faşist babası ilə fəxr edən, Njdenin abidəsini göz bəbəyi kimi qoruyan Nikol Paşinyana isə Almaniyanın Münhenində səhnə paylaşmaq şansı yaradıldı, minlərlə azərbaycanlının qanına bais olduqdan sonra! Bu, hardasa dünyanın ədalətsizliyidir, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin kağız üzərində qaldığını görən və işğala, təcavüzə, müharibə cinayətlərinə qarşı təkbaşına sinə gərən dövlət olaraq bu faktın da üstündən keçir, təki bölgəyiə sülh gəlsin, insan qanı axmasın! Dünya bunu qiymətləndirməlidir, nəhayət!

Oxu.az - İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində plenar  iclasda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO

Azərbaycan Prezidenti xatırlatdı ki, Rusiya-Ukrayna müharibəsi ümumi geosiyasi vəziyyəti tamamilə dəyişib. Biz bəzi ənənəvi tərəfdaşlarla ticari əməkdaşlıq sahəsində müəyyən çətinlikləri görə bilərik. Bu, həm də Lars keçid məntəqəsindən asılı olan - əslində sözün bütün mənalarında havadan asılı qalan Ermənistana xilas olma çağırışıdır. Bu, Azərbaycanla kommunikasiyaların açılması üçün növbəti aydın ismarıcdır. Yəni normal mövqeyə gəl, yollar açılsın, o halda sən də “nəfəslik”dən asılılığa son qoyarsan!

Diqqət edin, dövlət başçımız da vurğuladı, hətta postsovet məkanındakı, dünyanın düzənini pozan böyük müharibə fonunda daşıma və logistika sahəsində irəliləyişlər əldə etməyi bacarıb. Çünki Azərbaycan uzun illər ərzində müasir daşımalar və logistika infrastrukturunun yaradılmasına yatırımlar edib. İndi isə Mərkəzi Asiyadan daşınan yüklərin Azərbaycan vasitəsilə Avropaya yönəldilməsi əlavə imkanlar açır. Dövlətimizin geniş imkanlarından Ermənistan da bəhrələnə və dalandan çıxmaqla özünə gün ağlaya bilər. Bu, Azərbaycanın humanizminin növbəti təzahürüdür, Ermənistan və onun dəstəkçiləri buna görə Prezident Əliyevə minnətdar olmalıdırlar!

Azerbaycan, Ermenistan ve Gürcistan liderleri Münih Güvenlik  Konferansı'ndaki panelde konuştu - Son Dakika Haberleri

Ermənistanın baş naziri olduqca gülünc formada Qarabağ ermənilərinin guya 70 gün (!), “blokadada” qaldıqlarını, elektrik, qaz kəsintilərindən əziyyət çəkdiklərini iddia etdi. Cavabını aldı təbii ki...Amma Paşinyanın uşaq söhbətinə qulaq asmaqla vaxt itirən dünyanın siyasət adamları ən azı bir sual verəydilər: “Azərbaycan ərazisindəki 25 min erməninin “blokada”da qaldığını iddia edirsiniz, bəs, yarım milyonadək insanın yaşadığı Naxçıvan bölgəsinin 1992-ci ildən indiyədək blokadada saxlanılmasını nə ilə əsaslandırırsınız?” Yaxud Azərbaycan on illərdir davam edən işğaldan sonra belə, Ermənistanla kommunikasiyaları açmağa cəhd edərkən, Zəngəzura doğru dəmir yolu və avtomagistralı yükunlaşdırıb, Ermənistanın dəhlizlə bağlı qərarını gözlədiyi halda, niyə rəsmi İrəvan 43 km-lik Zəngəzur dəhlizində daşı daş üstə qoymağa tələsmir? Bu suallara cavab istəməliydi moderator və digər təşəbbüsçülər.

Dövlət başçımızın bildirdiyi kimi, hazırda Ermənistanla Azərbaycan arasında sülh sazişi üzərində işlər aparılır. Rəsmi Bakının təkliflərinə İrəvandan reaksiya verilib. Dövlətimizin mövqeyi bundan ibarətdir ki, Azərbaycan və Ermənistan uzun müddət çəkmiş toqquşmadan uzaqlaşmanı nümayiş etdirməli, qarşılıqlı ədavət və düşmənçiliyə son qoymalıdırlar. Amma Ermənistanın qırımından, rəsmi statuslu şəxslərin sazişə Qarabağla bağlı müddəanı əlavə etmək cəhdlərindən görünür ki, İrəvan bu dəfə də qeyri-konstruktiv davranış sərgiləyir və status-kvonu saxlamaqla hansısa uduşlu perspektivə ümid edir, bu da olduqca təhlükəli yoldur, anlamaqları lazım...

6 ay sonra müharibə başlayır? - Paşinyandan Münhen konfransı öncəsi TƏXRİBAT

Azərbaycan dövlətinin mövqeyi Münhendə bir daha bəyan edildi: regionda vəziyyətə iki istiqamətli yanaşmanın zəruri olduği nəzərə çatdırıldı. Birincisi, Azərbaycanla Ermənistan arasında sülh danışıqları istiqaməti, ikincisi, Azərbaycanın Qarabağdakı erməni əhalisi ilə əlaqələri. Bəli,

Qarabağdakı erməni azlığın hüquqları və təhlükəsizliyi ilə bağlı müzakirələr aparılacaq. Azərbaycan erməni icmasının Qarabağda doğulmuş və bütün ömrü boyu orada yaşamış nümayəndələri ilə müzakirə etməyə hazırdır, Qarabağda Rusiyadan rəhbər mövqe tutmaq üçün ixrac edilmiş şəxslə yox. Cənab İlham Əliyev qeyd etdi ki, Qarabağdakı ermənilərlə bağlı məsələ beynəlxalq tərəfdaşlarımızla razılaşdırılıb. Sitat: “Biz bunu etməyə hazırıq, lakin erməni icmasının Qarabağda doğulmuş və bütün ömrü boyu orada yaşamış nümayəndələri ilə, Qarabağda Rusiyadan rəhbər mövqe tutmaq üçün ixrac edilmiş (exported) şəxslə deyil. Ola bilsin ki, “ixrac edilmiş” düzgün ifadə deyil, mən yəqin ki, “gizli yolla keçirilmiş” ifadəsini üstün tutardım. Çünki heç kim onun Qarabağda necə peyda olduğunu, İrəvana qayıtmağa, oradan Moskvaya və yenidən İrəvana, sonra isə Qarabağa qayıtmağa necə çalışdığını və buna nail olduğunu bilmir”. Prezident xüsusilə vurğuladı ki, təkcə bu fakt blokadanın olmadığını göstərir. Digər tərəfdən, “Blokadanın olmadığını göstərən ikinci fakt ondan ibarətdir ki, dekabrın 12-dən bizim vətəndaş cəmiyyəti fəallarımız keçid məntəqəsinə gələndən indiyədək 2500-dən çox nəqliyyat vasitəsi, o cümlədən Rusiya sülhməramlılarının və Qırmızı Xaçın təmsilçilərinin yük avtomobilləri keçib. Qarabağdan demək olar ki, 100 pasiyent müalicə üçün Qırmızı Xaç tərəfindən Ermənistana aparılıb. Beləliklə, yol açıq olduğu halda biz bunu necə blokada adlandıra bilərik?! Əgər Qarabağdakı ermənilər bu yoldan istifadə etməyə çalışsalar, əminəm ki, onları heç kim dayandırmayacaq. Hazırkı vəziyyəti başa düşmək vacibdir”. Faktlar ortada. Üstəlik, bu, qədər sadə və aydın dillə YOL XƏRİTƏSİ təqdim olunub. Açıq yoldan, Laçından keçmək üçün yol istəyənlər üçün daha nə etməliyik? 2022-ci ildə alternativ yol çəkdik qısa müddətə, əvəzində bizi yol kəsməkdə ittiham edirlər! Adamın və ölkənin üzündə həya gərəkdir! Azərbaycanın təqdim etdiyi bir xilas yoludur, gələcəyə aparan yoldur, humanizm nümanizm nümunəsidir, bəşəri mövqedir, doğrudanmı yenə də başa düşməyəcəklər?! Yol istəyirsiniz, bu da sizə yol!

Azerbaycan ve Ermenistan liderleri, Münih'de bir araya geldi - QHA - Kırım  Haber Ajansı

Və Prezidentdən daha bir xəbərdarlıq, daha bir çağırış: ““Dağlıq Qarabağ” (Naqorno Karabax) sözü artıq qüvvədən düşüb, əslində bu, rus sözüdür, “naqorno” dağlıq deməkdir və Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahid yoxdur. Ona görə də mən tərəfdaşlarımızdan xahiş etmək istərdim ki, Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmət etsinlər. Azərbaycanda erməni əhalinin olduğu Qarabağ rayonu var”. Bundan sonra yenə də kiminsə yaddaş problemi olacaqsa, o halda...

Elşad Paşasoy,
Musavat.com

Elşad Paşasoy: - Şuşadan NÖQTƏli və NİDAlı zərbələr-Baş Komandan barmağını  yeni hədəflərə tuşladı

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR