İnsanlara hürriyət, millətlərə istiqlal!

Nurlan Rusiyanı TƏRK ETDİ: Ölkəyə girişinə 50 il QADAĞA QOYULDU - VİDEO

1223 07.02.2026 09:18 Dünya A A

Xəbər verildiyi kimi, qazaxıstanlı tanınmış komediyaçı, aparıcı Nurlan Saburovun Rusiyaya girişinə 50 il müddətinə qadağa qoyulub.

Musavat.com xəbər verir ki, qərar onun Dubaydan gecə reysi ilə Vnukovo hava limanına enişindən sonra sərhədçilər tərəfindən açıqlanıb.

Bildirilir ki, qadağaya səbəb kimi onun Ukraynadakı müharibəni tənqid etməsi, anti-Rusiya məzmunlu açıqlamaları, Rusiya vətəndaşlığını qəbul etməkdən imtinası və xarici sənətçilərlə, o cümlədən Slava Komissarenko və Dmitri Romanovla əlaqələri göstərilib.

Saburov isə rus dilini bilmədiyini bildirərək tərcüməçi tələb edib. Ölkədən çıxış sənədləri rəsmiləşdirilərkən bilet almağa pulunun olmadığını deyib və bu səbəbdən hava limanında yerləşdirilib. Onun məcburi qaydada göndərilməsi üçün Dubaydan iki hava marşalının gəldiyi də qeyd olunur.

Son məlumatlara görə, Nurlan Saburov artıq Rusiyanı tərk edib. O, Vnukovo hava limanından Almatıya uçub. Məlumata görə, yumor ustası SCAT aviaşirkətinin reysi ilə vətəninə biznes-klassda yollanıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR