İnsanlara hürriyət, millətlərə istiqlal!

Nüfuzlu iş adamlarından Trampa DƏSTƏK

520 16.05.2024 11:12 Dünya A A

Bəzi nüfuzlu Amerika sahibkarları, o cümlədən “SpaceX” və “Tesla”nın baş direktoru İlon Mask Ağ Evin sahibi Co Baydenin ikinci prezidentlik müddətinə necə qarşı çıxacaqlarını müzakirə edirlər.

Musavat.com xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

Maskdan başqa “Andreessen Horowitz” vençur kapitalı fondunun həmtəsisçisi Mark Andreessen və investor Piter Til də həmin görüşdə iştirak edib. Daha sonra Yaxın Şərqdən olan investorlarla görüşdə Andreessen qarşıdan gələn prezident seçkilərində Baydeni dəstəkləməyəcəyini bildirib.

Til Baydenin prezidentlik kampaniyasına pul verməkdən də imtina edib. Onun həmtəsisçisi olduğu “Palantir Technologies” şirkətinin nümayəndələri isə Trampın adamları ilə görüşüb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR