İnsanlara hürriyət, millətlərə istiqlal!

Növbədənkənar seçkidə “exit-poll”u kim keçirəcək - açıqlama

750 16.12.2023 11:15 Son xəbər A A

AVCİYA rəsmisi: “Biz hər zaman “exit-poll”u xarici təşkilatlarla birgə keçirmişik”

Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Seçkilərin önəmli komponentlərindən biri də “exit-poll”, başqa sözlə desək, müşahidəçilikdir. Bunu QHT, müstəqil təşkilatlar və başqaları keçirir. Bu tədqiqat növündən Azərbaycanda 2003-cü ildən başlayaraq prezident, parlament və bələdiyyə seçkilərində, o cümlədən referendumda istifadə edilir.

Növbədənkənar seçkilərdə “exit-poll” keçiriləcəkmi?

Elman Nəsirov : “Biz deputat yox,millət vəkili olmamaq istəyirik” -  Veteninfo.Az

Millət vəkili Elman Nəsirov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, dünya təcrübəsində də “exit-poll” seçki prosesinin mühüm elementərindən biri kimi tətbiq olunur. E. Nəsirov qeyd etdi ki, əksər hallarda “exit-poll”un nəticələri ilə real nəticələr arasında elə də ciddi fərq olmur: “Exit-poll” seçkilərin gedişatı ilə bağlı, seçicilərin namizədlərə verdiyi səslərin təxmin edilməsi baxımından mühüm elementdir. Azərbaycanda xüsusilə prezident seçkilərində “exit-poll” təcrübəsindən hər zaman istifadə olunub. Hesab edirəm ki, növbədənkənar Prezident seçkisi də istisna olmayacaq".

Məhərrəm Zülfüqarlı: "Qanun pozuntuları seçkinin nəticələrinə təsir etmək  gücündə olmayıb" - 11.02.2020, Sputnik Azərbaycan

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı “Yeni Müsavat”a şərhində qeyd edib ki, təşkilata hələ ki, müraciət daxil olmayıb: “Təşkilatımız 2004-cü ildən etibarən seçkilərdə həm ”exit-poll", həm də monitorinq həyata keçirir. Bizim təşkilata hələ ki, müraciət olmayıb. Buna baxmayaraq ilkin hazırlıqlara başlamışıq. Biz hər zaman “exit-poll”u xarici təşkilatlarla birgə keçirmişik. Yəni, onların təcrübəsindən də istifadə etmişik. Seçki qərargahının rəhbəri kimi bütün seçkilərdə ATƏT-in Demokratik və İnsan Haqları Bürosunun, Avropa Birliyinin müşahidəçilərinə məlumat vermişəm. Xarici müşahidəçilərin Azərbaycanla bağlı məlumatları az olduğu üçün yerli təşkilatların köməyindən istifadə edirlər. Adətən seçkilərə hazırlıq 1 il öncədən başlayır. Vaxt azlığı çətinlik yarada bilər. Növbədənkənar Prezident seçkisi üçün proqramımız var. İmkanlarımız daxilində gedişata uyğun iş planı hazırlamışıq. Müddət qısa olduğu üçün müzakirələrimiz davam edir".

Bakupost.az - Sahib Məmmədovun vəziyyəti ilə bağlı AÇIQLAMA

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov Modern.az-a açıqlamasında bildirib ki, xarici partnyorlardan təklif gələrsə, dəyərləndiriləcək: “Xarici ölkə təşkilatları ”exit-poll"u ancaq yerli partnyorlarla əməkdaşlıqla həyata keçirə bilər. Növbədənkənar seçkilər zamanı da xarici partnyorlardan belə təklif olsa, dəyərləndirəcəyik. 2018-ci ildə biz bu işi təmənnasız qəbul etmişik. Xaricdə olan partnyorlar öz resurslarını sərf ediblər, biz isə hüquqi məsələlərdə köməklik etmişik. Eyni zamanda qeydə alınma üçün sənədləri hazırlayıb təqdim etmişik. QHT seçki prosesində müşahidəçi, maarifləndirmə işi aparan, “exit-poll” keçirən tərəf kimi iştirak etmək hüququna malikdir. Bəzi QHT yəqin ki, bu istiqamətdə işlər görəcəklər. Lakin bu işlərin həyata keçirilməsi QHT üçün çətin olacaq. Çətinlik vaxt məhdudiyyəti ilə əlaqədar ola bilər. Bir il əvvəldən seçki olacağı ilə bağlı məlumat olanda daha yaxşı hazırlaşmaq imkanı olur. Bütün bunlara baxmayaraq, QHT-lərin əvvəlki illərdə olduğu kimi proseslərdə bu və ya digər şəkildə fəal iştirak edəcəklərini düşünürəm. Onu da deyim ki, 2018-ci il seçkilərindən sonra ölkədə bir sıra beyin mərkəzləri də yaradılıb. Onlar da bu prosesdə iştirak edə bilərlər".

Qeyd edək ki, bu gün Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçiriləcək. Toplantıda növbədənkənar Prezident seçkiləri ilə əlaqədar bir sıra məsələlərə baxılacaq.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR