İnsanlara hürriyət, millətlərə istiqlal!

Nizami rayonunda su problemi – Sakinlərin narazılığına qurumdan CAVAB

1000 16.11.2025 18:18 Siyasət A A

Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 127 ünvanında yerləşən 16 mərtəbəli yeni tikili binada iki gündür su verilişi dayandırılıb.

Binanın sakinləri Musavat.com-a bildirib ki, onlar hər ay kommunal ödənişlərini etsələr də, binada nə su çəni var, nə də alternativ təminat sistemi.

Musavat.com məsələ ilə bağlı Su Ehtiyatları Agentliyinə sorğu göndərib və qurumdan rəsmi cavab alınıb.

Agentliyin açıqlamasında deyilir:

“Kanalizasiya xətti tutulduğuna görə, MTK su təchizatını dayandırıb ki, tullantı su geriyə qayıdıb binanın zirzəmisinə dolmasın. Binanın anbarında su yetərincədir. Kanalizasiya xətti açılan kimi suyun verilməsi bərpa ediləcək.

Hazırda su-kanal idarəsinin qəza xidməti ərazidə təmizləmə işləri görülür. Tullantı su xəttinə məişət əşyaları atıldığı üçün tutulmanı aradan qaldırmaq çətinləşir. Buna baxmayaraq, idarənin əməkdaşlarının səyi nəticəsində qısa zamanda problem aradan qaldırılacaq və suyun verilməsi MTK tərəfindən bərpa ediləcək”.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR