İnsanlara hürriyət, millətlərə istiqlal!

Nisə Qasımova buna görə xəstəliyini gizlətmək istəyib

1091 17.10.2025 11:10 Şou-biznes A A

Xalq artisti Nisə Qasımova "Xəzər axşamı" verilişində qonaq olub.

2 il əvvəl insult keçirən sənətçi xəstəliyini insanların bilməsini istəmədiyini etiraf edib:

"Bütün media işçilərinə ilk növbədə təşəkkürümü bildirirəm. Onlardan xahiş etmişdim ki, xəstəliyimdən heç nə yazmasınlar. Loqopedimin yanına da gedəndə deyirdim ki, tək olum, heç kim məni görməsin. Bu, mənim mənəvi dayanıqlığım idi ki, xəstəliyimi heç kim bilməsin. Çox müğənni yanıma gəlmək istəyirdi, amma "yox" deyirdim, mən istəmirdim. Çünki elə insanlar var ki, onların məndən də ağır dərdləri var. Məndən də ağır xəstələr var ki, yataqdadırlar. Durub zarımaq mənlik deyil. Qoy insanlar məni həmişəki görsünlər". (Axşam.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR