İnsanlara hürriyət, millətlərə istiqlal!

"Nikol, qaç, arxaya baxmadan qaç!" - Saakaşvili Paşinyana səsləndi

2575 06.12.2023 12:50 Dünya A A


Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Ermənistanın baş naziri Nikol Paşinyanı AB və NATO-ya üz tutmağa çağırıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə keçmiş prezident öz facebook səhifəsində yazıb.

“Rusiya demək olar ki, bütün Ermənistan kənd təsərrüfatı məhsullarının və erməni konyakının idxalına qadağa qoyub. Onsuz da Kreml rəhbərliyində erməni konyakını sevənlər onu əldə edəcəklər. Amma bu qadağa Paşinyan üçün bütün qırmızı işığı yandırmalıdır. Putin erməni konyakını yox, Paşinyanın özünü bəyənmədi və embarqo onu hakimiyyətdən sıxışdırmaq üçün növbəti addımdır.

Mən bunu Ermənistanın baş naziri üçün bir daha təkrar etmək istəyirəm. Hörmətli Nikol, qaç, daha sürətli qaç, KTMT-dən, Avrasiya Birliyindən arxaya baxmadan qaç, Avropa Birliyinə, NATO-ya, yeni regional birliklərə qaç. Amma ən əsası özünüzü Rusiyadan uzaqlaşdırın”,-deyə Saakaşvili yazıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR