İnsanlara hürriyət, millətlərə istiqlal!

Nikol Paşinyandan SON DƏQİQƏ açıqlaması: “Ermənistan sərhədin delimitasiyasına hazırdır”

2163 13.04.2023 11:51 Siyasət A A

“Ermənistan Soçi və Praqada əldə olunmuş razılaşmalar əsasında Azərbaycanla sərhədin delimitasiyasına hazırdır”.

Musavat.com "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 13-də hökumətin iclasından əvvəl bildirib.

O qeyd edib ki, baş verən bütün hadisələrə baxmayaraq rəsmi İrəvan regional məsələlərin, Ermənistan-Azərbaycan münasibətlərinin sülh yolu ilə diplomatik həlli siyasətinə sadiqdir.

O, Ermənistanın əvvəllər elan olunmuş prinsiplər əsasında regional nəqliyyat və iqtisadi marşrutları açmağa hazır olduğunu da bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR