İnsanlara hürriyət, millətlərə istiqlal!

Netahyahu yenə hədələdi: "Husilər təcavüzün əvəzini ağır ödəyəcəkıər"

160 10.01.2025 19:05 Dünya A A

Söz verdiyimiz kimi, husilər bizə qarşı təcavüzün əvəzini ağır ödəyirlər və ödəməyə də davam edəcəklər.

Musavat.com xəbər verir ki, bunu İsrail baş naziri Benyamin Netanyahu “X” platformasındakı paylaşımında bildirib.

O yazıb: "Bu gün biz qərb sahil zolağında və Yəmənin dərinliklərində Husi terror rejiminin terrorçu hədəflərinə hücum etdik. Husilər İranın proksiləridir və İranın Yaxın Şərqdəki terror məqsədlərinə xidmət edirlər.

Onlar İsrail və bütün region üçün təhlükə yaradırlar. Yenə də deyirəm, vətəndaşlarımıza və ölkəmizə zərər verilməsinə dözməyəcəyik.

Biz İsrail dövlətini təhdid edən istənilən quruma qarşı harada və nə zaman lazım olsa, qətiyyətlə, güclü müqavimət göstərəcəyik", - deyə Netanyahu qeyd edib.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR