İnsanlara hürriyət, millətlərə istiqlal!

Nəsrin Cavadzadə kamera arxasından çıxdı - Azərbaycanlı aktrisadan sürpriz evlilik - VİDEO

1062 12.06.2026 20:08 Şou-biznes A A

Türk serialı “Daha 17”də Şəbnəm rolunu oynayan Azərbaycan kökənli aktrisа Nəsrin Cavadzadə, uzun müddət gizli saxladığı evliliyini ilk dəfə açıq şəkildə müzakirə etdi.

Musavat.com bildirir ki, 30 İyul 1982-ci ildə Bakıda dünyaya gələn Nəsrin Cavadzadə Azərbaycan kökənli olmaqla yanaşı, məşhur Azərbaycanlı alim Mirhəmməd Cavadzadənin nəvəsidir. 11 yaşında ailə ilə birlikdə İstanbula köçən aktrisа Türk televiziyasının ən çox mükafat alan simaları arasında yer alır. 

Kanal D-nin “Daha 17” serialında “Şəbnəm” obrazını canlandıran aktrisа Kadir Taner Uçar ilə keçən ay Bodrumda sadə bir mərasimlə evlənib. Sakitcə baş tutan bu evlilik, məşhur aktrisanın heyranları üçün böyük sürpriz olub.

Şəxsi həyatını mediadan uzaq tutmağa çalışan Cavadzadə, Kadir Taner Uçar ilə bir müddət idi romantik münasibət yaşayırdı. İkili kameralardan uzaq qalmağı seçərək sakit bir şəkildə evlənməyi üstün tutub. 

Aktrisа əvvəlcə nikahdan boş kreslolar, daha sonra isə cütlüyün arxaları dönük pozlarını paylaşıb.  Rəsmi açıqlamadan qaçsa da, “Sıkı Muhabbet” proqramına verdiyi müsahibədə evlilik mövzusunu ilk dəfə birbaşa dilə gətirib.

Nəsrin Cavadzadə “Bizim Hikaye”, “Bir Başkadır” (Netflix), “Üç Kuruş” kimi uluslararası layihələrdə də uğurla boy göstərmiş, ulusal və beynəlxalq mükafatların sahibi olmuşdur. İndi isə “Daha 17”də Bodrum elitasını təmsil edən güclü Akkaya ailəsinin strateji beyni olan Şəbnəm obrazı ilə yenidən ekrandadır.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR