İnsanlara hürriyət, millətlərə istiqlal!

Nəşləri 30 il sonra Xocavənddə tapıldı (FOTO)

1090 19.08.2023 13:25 Gündəm A A
 
1993-cü ildə itkin düşən Hüseynov Əli Heydər oğlunun nəşi 30 ildən sonra işğaldan azad edilmiş ərazilərdə qazıntı işləri aparılarkən tapılıb.  
 
Qaynainfo xəbər verir ki, bu barədə H. Əlinin qardaşı oğlu, jurnalist və yazıçı Tağı Kərimli (Tağı Türk) sosial media hesabında məlumat yayıb. 
 
O bildirib ki, əmisi bir neçə gün öncə Xocavənd rayonunun Edilli kəndi ərazilsindəki kütləvi məzarlıqda tapılıb. 
 
        Fotoda: Hüseynov Əli Heydər oğlu
 
 
 
Kimliyi müəyyən edilən meyit qalıqlarından biri isə Məmmədov Əsəd Məmməd oğluna məxsusdur.
 
1966-cı il təvəllüdlü hərbçi Ə.Məmmədov Ağstafa rayonunun, Eynallı kənd sakini olub.
 
O, 30 il əvvəl Füzuli rayonunun Kürdmahmudlu kəndində itkin düşüb.
 
 Fotoda: Məmmədov Əsəd Məmməd oğlu
 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR