İnsanlara hürriyət, millətlərə istiqlal!

Nərmin: “Əməliyyat masasında məni narahat edən o idi ki...”

651 08.07.2022 16:23 Şou-biznes A A

Bu yaxınlarda vətənə qayıdan müğənni Nərmin Kərimbəyova hazırda özünü yaxşı hiss edir.

Publika.az-a açıqlama verən müğənni əməliyyat masasındakı təəssüratlarını bölüşüb:

“Ağır bir əməliyyat idi. Qardaşımın dostlarının köməyilə biz lazım olan əməliyyat pulunu topladıq. Lakin əməliyyat masasında çox narahat idim. Həkimlər mənim orqanımın qardaşıma uyğun olub-olmadığını yalnız mən əməliyyat olunandan sonra araşdırdılar.

Ola bilərdi ki, heç bir uyğunluq olmasın. Ona görə də əməliyyat masasına uzananda yalnız bu barədə düşünürdüm və çox narahat idim. Şükürlər olsun ki, hər şey yaxşı qurtardı. İndi özümü qoruyuram. Əməliyyata qədər beş kilo çəki atmışdım, əməliyyatın gedişində isə ən az altı kilo çəki verdim. Bundan sonra hər şeyin öz axarında davam edəcəyinə ümid edirəm”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR