İnsanlara hürriyət, millətlərə istiqlal!

Nəhəng piton Fəridə adlı qadını udub

1014 09.06.2024 14:50 Dünya A A

İndoneziyada 50 yaşlı Fəridə adlı dörd uşaq anası Kalampanq kəndindəki evinin yaxınlığındakı meşədə yoxa çıxıb.

Musavat.com-un xarici mediaya istinadla xəbər verir ki, o, bağçasından tərəvəz satmaq üçün bazara gedirmiş.

Gecə qayıtmayan Fəridənin əri narahat olub və qonşuları ayağa qaldırıb, onlar da onunla birlikdə axtarışa başlayıblar.

Ertəsi gün onlar kolların arasında qarnında böyük qabarıq olan altı metrlik nəhəng piton aşkar etdilər.

Ən pis variantdan şübhələnən kəndlilər sürünənin qalın dərisini kəsiblər və qadını ilanın qarnında tapıblar.

Fəridənin əri Noni həyat yoldaşının tək getməsinə icazə verdiyi üçün çox peşman olduğunu bildirib.

“Həmin gün onun yanında olsaydım, piton ona toxunmağa cəsarət etməzdi. Onun çəkdiyi əzabları təsəvvür belə edə bilmirəm. Ailəmiz üçün çox üzgünəm”, - kişi deyib.

Kalempanq ağsaqqalının sözlərinə görə, bir neçə qonşu kəndin sakinləri pitonu tutmağa və qurbanı onun mədəsindən çıxarmağa kömək ediblər.

İndoneziyada pitonların insanlara hücumu ilk dəfə deyil. 2022-ci ildə Sumatra adasındakı Cambi əyalətində 50 yaşlı Jara adlı kauçuk toplayıcısı piton tərəfindən bütöv şəkildə udulub.

"Qurban ilanın mədəsindən çıxdı",- deyən yerli polis rəisi o vaxt mediaya bildirib ki, onun cəsədi tapılan zaman, demək olar ki, zədələnməmişdi.

2017-ci ildən bəri İndoneziyada dörd nəfər bu şəkildə ölüb.

Pitonlar yeməklərini bütöv udurlar. Çənələri çox çevik bağlarla bağlanır, buna görə də böyük şikarları uda bilirlər.

Məlum olduğuna görə, gənc pitonlar siçovulları və digər kiçik heyvanları yeməyə meyllidirlər, lakin onlar müəyyən ölçüyə çatdıqdan sonra siçovullara diqqət yetirmirlər, çünki aldıqları kalori aclıqlarını ödəmir.

Pitonlar özləri boyda olan şikarları da ovlaya bilirlər. Onların çöl donuzlarını, hətta inəkləri udduğuna dair faktlar var.

2005-ci ildə Birma pitonu timsahı bütövlükdə udmağa çalışıb. Lakin timsah çox böyük olduğu üçün piton qida udma prosesində sözün əsl mənasında partlayıb. Nəticədə təkcə alliqator yox, pitonun özü də ölüb.

Eyni zamanda, pitonlar kifayət qədər seçicidirlər: uyğun ovla qarşılaşmasalar, daha dəyərli bir şey tapana qədər uzun müddət ac yaşaya bilərlər.

Torlu piton (Malayopython reticulatus) dünyanın ən uzun ilanıdır, ölçüsü 6,25 metri keçir.

Elmə məlum olan ən uzun torlu piton 1912-ci ildə tapılıb və 10 metrə çatıb.

Torlu pitonlar Cənub-Şərqi Asiyada yaşayır. İndoneziyanın cəngəlliklərində şəhər sivilizasiyası tərəfindən pozulmamış çoxlu sayda retikulyar pitonlar yaşayır.

Torlu pitonlar əla üzgüçülərdir və bəzən hətta açıq dənizə də üzürlər. Ova axşam və gecə çıxır, günlərini ağaclarda və ya mağaralarda keçirirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR