İnsanlara hürriyət, millətlərə istiqlal!

NƏHAYƏT! Ukrayna Baxmutda rusları bombalayır, Kiyevdən TƏCİLİ açıqlama - Professor Qabil Hüseynli CANLI-da!

1296 07.06.2023 15:52 Gündəm A A

Ukrayna müdafiəçiləri Baxmut şəhərinin müxtəlif istiqamətlərində 1600 metrədək irəliləyib. Musavat.com xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar məlumat verib. Ukrayna Quru Qoşunlarının komandanı Aleksandr Sırski bildirib ki, hərbçilər cinahlarda irəliləyir, rusiyalılar Baxmut ətrafında mövqelərini itirirlər.

Qeyd edək ki, Baxmut Ukraynanın Donetsk vilayətinin şəhəridir. Şəhərin bir hissəsini Rusiya hərbçiləri işğal edib. “Tavriya” operativ-strateji qoşunun komandanı Aleksandr Tarnavski isə bildirib ki, hərbçilər Rusiyanın Ukraynanın şərqindən irəliləməsinin qarşısını alıblar: “Müdafiə qüvvələri Rusiya qoşununun zərərsizləşdirilməsi istiqamətində əməliyyata davam etdirir”.

ABŞ prezidenti Co Baydenin administrasiyası Krım istiqamətini Ukrayna Silahlı Qüvvələrinin (AFU) əks-hücumunun əsas məqsədi adlandırıb. Bu barədə The Washington Post (WP) məlumat yayıb. Ağ Evdəki mənbələrin qeyd etdiyi kimi, Ukrayna ordusunun əks-hücum əməliyyatı artıq iyunun 5-dən cənub istiqamətində başlayıb və onun çərçivəsində Ukrayna Silahlı Qüvvələri Krıma quru dəhlizi kəsməyi planlaşdırır.

İyunun 6-da Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu bildirib ki, Ukrayna Silahlı Qüvvələri Kiyevin çoxdan vəd etdiyi əks-hücum əməliyyatına başlayıb. Bunun üçün Ukrayna qoşunları təmas xəttinin müxtəlif yerlərində çoxlu sayda canlı qüvvə və hərbi texnika cəmləşdirib.

TVMusavat-ın saat 16:00-da “Həftə içi” verilişində professor Qabil Hüseynli ilə söhbətləşirik.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/channel/UCtvU8QAYnxFG

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR