İnsanlara hürriyət, millətlərə istiqlal!

Neft qiymətləri enişini sürətləndirib

1039 16.01.2024 00:23 Dünya A A

Bazar ertəsi axşam saatlarında neft qiymətləri enişini sürətləndirib.

“Report” xəbər verir ki, bu barədə “İnterfaks” yazır.

Belə ki, Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin mart fyuçerslərinin dəyəri 0,80 ABŞ dolları (1,02%) ucuzlaşaraq 77,49 dollar/barelə bərabər olub. Nyu York Əmtəə Birjasında (NYMEX) elektron hərraclarda WTI markalı neftinin fevral ayı üçün olan fyuçersləri isə 0,83 ABŞ dolları (1,14%) ucuzlaşaraq 71,85 dollar/barelə bərabər olub.

ABŞ-da Martin Lüter Kinq Günü qeyd edildiyi üçün bazar ertəsi neft bazarında ticarət sövdələşmələrinin sayı azala da bilər.

“Baltic and International Maritime Council” (BIMCO) nəqliyyat assosiasiyası ABŞ ordusunun Qırmızı dənizdən keçən gəmilər üçün risklərin yüksək olaraq qaldığı barədə xəbərdarlıq etdiyini bildirib.

Yəməndəki husi üsyançılarının Qırmızı dənizdəki gəmilərə ballistik raket atmasına cavab olaraq ABŞ şənbə günü Yəmənə yeni zərbələr endirib. Bazar günü hərbçilər husilər tərəfdən atılan daha bir raketi vurub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR