İnsanlara hürriyət, millətlərə istiqlal!

Neft bazarı 2023-cü ili qiymət azalması ilə başa vurur

360 29.12.2023 20:58 Dünya A A

Dünya bazarında neft qiymətləri 2023-cü ilin son ticarət sessiyasında artsa da, həm dördüncü rübü, həm də 2023-cü ili bütövlükdə azalma ilə başa vurur.

Musavat.com xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin mart fyuçerslərinin qiyməti bir barel üçün 77,53 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanışına nisbətən 0,38 dollar (0,49 faiz) çoxdur.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən hərraclar zamanı fevral ayı üçün WTI neftinin qiyməti 0,28 dollar (0,39 faiz) artaraq 72,05 dollara çatıb.

Brent oktyabr-dekabr aylarında demək olar ki, 18 faiz və bütün 2023-cü ildə 9 faiz, WTI - müvafiq olaraq 20 faiz və 10,6 faiz ucuzlaşıb.

Hər iki neft növü üçün 2020-ci ildən bəri ilk dəfədir illik azalma qeydə alınır.

Treyderlər qlobal iqtisadi aktivliyin yavaşlaması və yüksək enerji ehtiyatları fonunda gələn il bazarın təklif artıqlığı ilə üzləşəcəyindən ehtiyatlanırlar. OPEC+ ölkələrinin hasilatın azaldılması qərarları və geosiyasi münaqişələr kimi amillər neft bazarına yalnız qısamüddətli dəstək verir.

Neft qiymətləri oktyabr ayında İsraillə HƏMAS arasında artan münaqişənin Yaxın Şərqdən xammal tədarükünü məhdudlaşdıracağı qorxusu ilə yüksəlib, lakin bu, çox qısa sürdü. Eyni bazar dinamikası dekabr ayında Yəmənin husilərin Qırmızı dənizdə ticarət gəmilərinə hücumundan sonra da müşahidə olunub.

Ekspertlər hesab edirlər ki, OPEC+ qiymətləri dəstəkləmək üçün dəfələrlə hasilatı azaltmağa getsə də, hasilatı rekord səviyyələrə çatdıran ABŞ və digər istehsalçıların bazar payını sürətlə artırması fonunda 2024-cü ildə razılaşma tərəflərinin yeni azalmalara gedəcəkləri real görünmür.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR