İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazirliyin bir qrup əməkdaşı Heydər Əliyev zirvəsinə yürüş edib

770 11.05.2026 18:24 Son xəbər A A

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bir qrup əməkdaşı Böyük Qafqaz dağlarında yerləşən Heydər Əliyev zirvəsinə yürüş ediblər.

Onlar Qubanın Xınalıq kəndi yaxınlığındakı Qızılqaya silsiləsində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə olan Heydər Əliyev zirvəsinə qalxıblar.

Hava şəraitinin ağır və relyefin mürəkkəb olmasına baxmayaraq, yürüş iştirakçıları məqsədə uğurla nail olublar.

Ulu Öndərimizin adını daşıyan zirvədə onun barelyefi ziyarət olunub və əziz xatirəsi ehtiramla yad edilib.WhatsApp Image 2026-05-11 at 19.05.06 (1).jpeg (125 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR