İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazirlik Naxçıvanda yoxlamalara başlayıb

742 19.04.2023 11:35 Son xəbər A A

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin bir qrup əməkdaşı Naxçıvan Muxtar Respublikasına (NMR) gedib.

Musavat.com apa-ya istinadən xəbər verir ki, muxtar respublikada olan nazirlik əməkdaşları “NMR Dövlət Nəqliyyat Xidməti” publik hüquqi şəxsdə müəyyən yoxlamalar aparıblar. Yoxlamalar daha çox xidmətin son dövrlərdə gördüyü işlər, eyni zamanda, sənədlərin yoxlanılması istiqamətində həyata keçirilib.

Dövlət Nəqliyyat Xidmətindən nazirlik əməkdaşlarının muxtar respublikada olduğunu təsdiq ediblər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR