İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazirin həyat yoldaşı barədə zarafatı ŞOK EFFEKTİ yaratdı: "Hər gecə..."

1943 25.12.2023 16:50 Dünya A A

İngiltərənin daxili işlər naziri Ceyms Kleverli Baş nazirin Downing Streetdəki iqamətgahında təşkil edilən ziyafətdə hər gecə həyat yoldaşının içkisinə “Rohypnol” dərmanı qatdığını söyləyib.

Musavat.com xəbər verir ki, təcavüzkarların qadınların huşunu itirməsi üçün istifadə etdiyi dərman olan “Rohypnol”u nazirin zarafat mövzusuna çevirməsi ölkədə şok effekti yaradıb.

Nəşrin xəbərinə görə, hadisə dekabrın 18-də baş nazir Rişi Sunak və digər nazirlərin qatıldığı ziyafətdə baş verib.

“Uzun nikahın sirri azca narkotik qəbul etmiş biri ilə olmaqdır. Beləliklə, o heç vaxt başa düşməyəcək ki, səndən daha yaxşısı var” - Kleverli deyib.

Leyboristlər Partiyasının yüksək vəzifəli şəxsləri nazirin sözlərini “dəhşətli” adlandırıb, qadın hüquqları müdafiəçiləri isə Kleverlini istefaya səsləyiblər. Fawcett Cəmiyyətinin bəyanatında deyilir ki, qadınların təhlükəsizliyinə cavabdeh olan bir nazirin qadınlara narkotik qəbul etdirmək kimi dəhşətli zarafatı ürəkbulandırandır və o, dərhal istefaya getməlidir.

Daxili İşlər Nazirliyinin sözçüsü məsələ ilə bağlı açıqlamasında bildirib ki, Kleverli sadəcə şəxsi həyatı ilə bağlı zarafat edib və buna görə üzr istəyib. BBC-yə danışan mənbə isə nazirin ikitərəfli söhbətdə zarafat etdiyini, nə dediyini dəqiq xatırlamadığını, lakin yenə də sözlərinin yersiz olduğunu anladığını və üzr istədiyini deyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR