İnsanlara hürriyət, millətlərə istiqlal!

Naxçıvanda sel nəticəsində uçan körpü yenidən tikilir - FOTO

406 06.07.2023 20:09 Gündəm A A

Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nəhəcir, Göynük, Nəcəfalı Dizə kəndlərini birləşdirən və sel nəticəsində uçan körpü yenidən qurulur.

“Report”un yerli bürosu xəbər verir ki, seldən sonra körpü istifadəyə yararsız vəziyyətə düşüb.

Layihəyə uyğun olaraq körpü tamamilə sökülüb, ərazidə hamarlama və bərkitmə işləri aparılıb. Yeni körpünün salınması üçün beton təməl işlərinə başlanılıb.

Qeyd edək ki, mayın sonunda yağan güclü yağışlar nəticəsində Nəhəcir çayında daşqın olub. Nəticədə körpünün əsas dayaq hissələri aşıb və qəzalı vəziyyətə düşüb. Həmçinin ötən illərdə körpü və asfalt yol üzərində aparılan təmir-bərpa işləri ərazinin relyefinə uyğun aparılmadığından yolun 30 metrdən artıq hissəsi də istifadəyə yararsız vəziyyətə düşüb.

Uçan körpü 2011-ci ildə inşa olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR