İnsanlara hürriyət, millətlərə istiqlal!

Navalnıdan XƏBƏR YOXDUR

551 11.12.2023 17:35 Son xəbər A A

Dünən rusiyalı həkimlər Putinə açıq məktub göndərərək ordu ilə əlaqədar "saxta xəbərlər"lə bağlı məqaləyə görə cəza çəkən sabiq deputat Aleksey Qorinova tibbi yardım göstərməyi tələb ediblər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, müraciəti 241 həkim imzalayıb.

Məlumata əsasən, Qorinov vərəmdən əziyyət çəkir və kəskin tənəffüs çatışmazlığı var. Ağır xəstəliyinə baxmayaraq, Qorinov hər gün qar təmizləməyə məcbur olur və ona tibbi yardım göstərilmir.

19 il müddətinə azadlıqdan məhrum edilən Aleksey Navalnı kəskin mədə ağrısından əziyyət çəkir. Tərəfdarları onun tədricən zəhərlənməsi ehtimalını istisna etmirlər. 6 gündür Navalnının harada olması barədə məlumat yoxdur. Rusiyalı müxalifətçi ilə bağlı məhkəmələr təxirə salınır və vəkillərlə görüş qadağan edilib.

Sankt-Peterburqdan olan rəssam Saşa Skoçilenko (7 il) bir sıra ciddi xroniki xəstəliklərdən əziyyət çəkir: mitral qapaq prolapsiyası, aritmiya, bipolyar pozğunluq, seliakiya. İstintaq təcridxanasında sənətçinin vəziyyəti xeyli pisləşib, çünki həbsxana məmurları ona lazımi yemək və dərman verməkdən imtina ediblər. Noyabrın sonunda 400-dən çox həkim məhz Skoçilenko ilə bağlı Putinə açıq məktub imzalamışdı.

Ordu haqqında "saxta məlumat yaymaq" ittihamı ilə məhkum edilmiş 64 yaşlı İqor Barışnikov xərçəng xəstəliyindən əziyyət çəkir. Barışnikovun mədəsinə episitostoma qoyulub. Tibbi xidmətin keyfiyyətsizliyi və istintaq təcridxanasındakı pis şərait səbəbindən xərçəng xəstəsinin səhhəti xeyli pisləşib. Vəkilləri hətta onun ölüm ayağında olduğunu söyləyirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR