İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO Polşadakı təxribata cavab verəcəkmi?

644 04.06.2024 12:31 Dünya A A

NATO Polşada baş vermiş hibrid təhdidlərə cavab vermək üçün Şimali Atlantika Müqaviləsinin kollektiv müdafiəni müəyyən edən 4 və 5-ci maddələrinə istinad etməməlidir.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu fikri respublikanın daxili işlər və administrasiya naziri Tomaş Siemonyak “Polskie Radio” radiostansiyasının birinci proqramının efirində deyib.

“NATO-nun 4 və 5-ci maddələri hərbi xarakterli real təhdidlərə cavab vermək üçün nəzərdə tutulub”, - polşalı siyasətçi qeyd edib. Semonyak vurğulayıb ki, kollektiv müdafiə ilə bağlı maddələr alyansın “mütləq güc”ünü təmsil edir.

Bir gün əvvəl Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə bildirib ki, NATO ölkələri hazırda yaranmış situasiya fonunda Polşa ətrafında və ona qarşı hibrid hücumlar iddiaları xüsusunda kollektiv müdafiə prinsipinə müraciət etmək imkanını müzakirə etmirlər.

Son zamanlar Varşavada Rusiya və ya Belarus xüsusi xidmət orqanlarının sifarişi ilə törədildiyi iddia edilən təxribat və sabotaj aktları getdikcə artır. Xüsusilə də ölkə rəhbərliyi iddia edir ki, mayın əvvəlində ölkədə baş verən yanğınlarda xarici müdaxilə izi var.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR