İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO-nun yeni mətbuat katibi təyin olundu

582 27.02.2024 13:45 Dünya A A

NATO-nun yeni mətbuat katibi təyin olunub.

Musavat.com APA-ya istinadən bildirir ki, Baş katib Yens Stoltenberq Böyük Britaniyadan olan Fərəh Daxlallahı NATO-nun növbəti sözçüsü təyin edib.

"Mən Fərəh Daxlallahı NATO-nun növbəti sözçüsü kimi qarşılamağı səbirsizliklə gözləyirəm. Daha təhlükəli dünyada aydın və vaxtında ünsiyyət, media ilə əlaqə həmişəkindən daha vacibdir", - Stoltenberq deyib.

Fərəh Daxlallah daha əvvəl Birləşmiş Millətlər Təşkilatında, Böyük Britaniya hökumətində və "AstraZeneca" şirkətində, eləcə də bir sıra media təşkilatlarında çalışıb. O, 2010-cu ildən 2023-cü ilə qədər mətbuat katibi vəzifəsində çalışmış Oana Lunçeskunu əvəz edir. Yeni mətbuat katibi mart ayından etibarən fəaliyyətə başlayacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR