İnsanlara hürriyət, millətlərə istiqlal!

Nasir Kənani diplomatlarımızın İrandan çıxarılmasını belə şərh etdi VİDEO

1670 08.05.2023 14:46 Siyasət A A

"İran İslam Respublikası Azərbaycan hökumətinin "qeyri-konstruktiv hərəkətinə" cavab olaraq bu ölkənin Tehrandakı səfirliyinin iki əməkdaşını və bu ölkənin Təbrizdəki baş konsulluğunun iki əməkdaşını ölkədən çıxarıb."

Musavat.com xəbər verir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani keçirdiyi mətbuat konfransında deyib. O, Azərbaycanın İranın 4 diplomatının casusluq ittihamı ilə “Persona-non-grata”  (arzuolunmaz şəxs) elan edilərək ölkədən çıxarılmasına cavab olaraq bu addımın atıldığını qeyd edib.

Xatırladaq ki, aprelin 6-da İran səfirliyinin 4 əməkdaşı diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-qrata” (arzuolunmaz şəxs) elan edilərək ölkədən qovulmuşdu. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR