İnsanlara hürriyət, millətlərə istiqlal!

NASA Marsın tədqiqini dayandırdı

1739 18.11.2023 22:12 Dünya A A

Alimlərin Marsda həyatın olub-olmadığını, Qırmızı planetdə insanın yaşaması imkanlarını araşdırdığı bir şəraitdə ortaya mühüm bir problem çıxıb.

“Nature Science” jurnalı xəbər verir ki, NASA Marsdan torpaq və süxur nümunələrin gətirilməsi missiyasını dayandırıb. ABŞ-ın aerokosmik agentliyi bildirib ki, hazırda bu məsələdə ciddi maliyyə problemləri yaranıb.

NASA bəyan edib ki, ötən həftə bu missiya ilə məşğul olan 3 tədqiqat mərkəzinə həmin istiqamətdə fəaliyyəti dayandırmaq tövsiyə edilib. Belə ki, Agentlik 2024-cü il üçün büdcə layihəsində Marsdan nümunələr gətirmək məqsədilə 949,3 milyon dollar vəsait ayrılmasını tələb etsə də, büdcəyə nəzarət üzrə alt komissiya bu məqsədlər üçün cəmi 300 milyon dollar ayırıb. Belə olan şəraitdə NASA-nın Marsdan nümunə gətirmək missiyası ilə yanaşı, digər layihələrində də axsama ola bilər.

Hazırda problemin nə qədər davam edəcəyi məlum deyil, amma NASA indi “Perseverance” missiyasının Marsda topladığı nümunələri alternativ yollarla Yerə gətirmək üzərində iş aparır.

Bununla yanaşı, ABŞ-nin aerokosmik agentliyi bu yaxınlarda “Bennu” asteroidindən toplanan bəzi süxur nümunələrini də gətirməyə nail olub.//Trend

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR