İnsanlara hürriyət, millətlərə istiqlal!

Narkotik əməliyyatına görə tutulan klub sahibi aktyor imiş - FOTOLAR

874 08.02.2026 17:48 Son xəbər A A

İstanbul Cumhuriyyət Baş Prokurorluğunun narkotiklərlə mübarizə idarəsi Beşiktaşın Bebek qəsəbəsində yerləşən və məşhurların tez-tez üz tutduğu “Club House” adlı məkanda genişmiqyaslı əməliyyat keçirib. Əməliyyatda 100 polis əməkdaşı və 5 K-9 narkotik axtarış iti iştirak edib. Nəticədə məkanın sahibi Menderes Utku saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib.

Uyuşturucu soruşturmasında tutuklanan Menderes Utku, Yeşilçam'ın çocuk yıldızı çıktı

Musavat.com xəbər verir ki, həbs qərarından sonra Utku barədə keçmişinə dair məlumatlar yenidən gündəmə gəlib. Onun "Yeşilçam"ın unudulmaz uşaq ulduzlarından biri olduğu və “Afacan” film seriyası ilə böyük populyarlıq qazandığı məlum olub. Menderes Utku tanınmış prodüser, rejissor və ssenarist Ümit Utkunun nəvəsidir.

Uyuşturucu soruşturmasında tutuklanan Menderes Utku, Yeşilçam'ın çocuk yıldızı çıktı

Qeyd edək ki, “Club House”da idman zalı və restoran fəaliyyət göstərir. Əməliyyat zamanı məkanda olan şəxslərin yoxlamaları aparılıb, giriş-çıxışlar müvəqqəti məhdudlaşdırılıb.

Uyuşturucu soruşturmasında tutuklanan Menderes Utku, Yeşilçam'ın çocuk yıldızı çıktı

İstintaq çərçivəsində "Bebek Otel" və bir sıra gecə klublarında da axtarışlar aparılıb. "Bebek Otel"in sahibi Muzaffer Yıldırım da daxil olmaqla 19 nəfər həbs edilib. Son əməliyyatda isə aktyor Can Yaman da daxil olmaqla 7 nəfər saxlanılıb. Can Yaman ifadəsindən sonra sərbəst buraxılıb, digər şübhəlilər barəsində isə həbs və ya ədliyyə nəzarəti tədbirləri seçilib.

Şahanə Rəhimli
Musavat.com

Uyuşturucu soruşturmasında tutuklanan Menderes Utku, Yeşilçam'ın çocuk yıldızı çıktı

Uyuşturucu soruşturmasında tutuklanan Menderes Utku, Yeşilçam'ın çocuk yıldızı çıktı

Uyuşturucu soruşturmasında tutuklanan Menderes Utku, Yeşilçam'ın çocuk yıldızı çıktı

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR