İnsanlara hürriyət, millətlərə istiqlal!

Narkomanlığa görə cəzalar yumşaldılır – humanizm əks-effekt verməyəcək ki...

995 30.04.2022 13:33 Kriminal A A

Keçmiş polis rəisi: “Yeni qərarlarda qaranlıq məqamlar var”

Azərbaycanda az miqdarda narkotik vasitələrə görə cinayət məsuliyyəti ləğv edilir. Bu, Milli Məclisin bir neçə gün öncə keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Belə ki, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz istehlakı, satış məqsədi olmadan az miqdarda hazırlama, əldə etmə, saxlama, daşıma və ya başqasına vermə 300 manatdan 400 manatadək miqdarda cərimə ediləcək. Ancaq bu tədbirlərin tətbiqi kifayət etmədikdə, iki ayadək müddətə inzibati həbs tətbiq ediləcək. Parlen
Bəs narkotik vasitələrdən istifadə edənlərə qarşı belə yumşalmalar ölkədə narkomanlığın yayılmasına neqativ təsir edə bilərmi?

555.jpg (24 KB)

Sabiq polis rəisi, ekspert-kriminalist Mahmud Hacıyev mövzu ilə bağlı “Yeni Müsavat”a bunları şərh edib: “Qanunvericilikdə bəzi qaranlıq qalan məqamlar var.

Misal üçün, “az miqdarda” ifadəsi işlənib. O ümumi frazadır. Güclü təsiredicilər kokain, geroindir. Bir də otla qəbul olunanlar var. Miqdar məsələsi güclü təsir edənlərdə bir cür olur, anaşada, marixuanada başqa cür olur. Az miqdar deyilir, konkret nə qədər göstərilməlidir. Biz haradan bilək, az miqdar 10 qramdır, yoxsa 15 qramdır? Hər ikisinə eyni miqdar tətbiq edilə bilməz axı. Otla qəbul edilənlər o qədər də təsir etmir, bir çox xarici ölkələrdə bunlar az əhəmiyyətli hüquq pozuntusu kimi qəbul edilir, hətta xüsusi kafelərdə bunların qəbuluna icazə verilir. Yəni bunlar güclü təsiredicilərlə eyni miqdarda ola bilməz. Onlar o dəqiqə beyini iflic edir. Otla qəbul olunanlar beyin sisteminə o qədər də təsir etmir.

İkincisi, orada əsas amil kimi satış məqsədi olmaması götürülüb. Satış məqsədi olmaq cinayət tərkibli əməlin, yaxud da inzibati xətanın yayılmasına sövqdür. Yəni yalnız özünü deyil, başqalarını da bu yola sövq edir. Satış məqsədi olmaması o deməkdir ki, o narkotik istifadəçisidir, yəni özü istifadə edir. Xaricdə ilk olaraq bu, Mərkəzi Avropa ölkələrində, Latın Amerikasının bəzi ölkələrində tətbiq olundu, qanun qəbul edildi. Onlarda 10-15 il bundan əvvəl birinci dəfə otun tərkibində (marixuana, anaşa) olan narkotik maddələri qəbul edənləri nəzərdə tuturdular. Orada ümumiyyətlə, bunun cinayət qanunvericiliyi ilə tənzim olunmamasına qərar verdilər.

1650963416_narkotik.jpg (140 KB)

Daha sonra, qanuna dəyişikliklərdə “tədbirlərin tətbiqi kifayət etmədikdə, iki ayadək müddətə inzibati həbs tətbiq ediləcək” cümləsi də diqqətimi çəkdi. Burada qaranlıq məqam nədir? Hansı tədbirlərdən söhbət gedir? Deyilməli idi ki, təkrar bu əməli törədərsə... Bir dəfə bu əməli törətdi, 300-400 manat cərimə olundu. Daha sonra yenə bu əməli törədir, 2 ay azadlıqdan məhrum olur, birdən yenə effekt vermədi. Onda nə olacaq? Bəs 3-cü dəfə də eyni əməli təkrar edirsə, onda necə olacaq? Bütün bunlar nəzərə alınmalıdır. Mən bu dəyişikliyi güclə başa düşürəm, sadə vətəndaş necə başa düşsün? Xarici ölkələrdə belədir ki, məhkəmənin qərarı ilə müalicə tətbiq olunur. Sivil ölkələrdə xarici mühitdən izolyasiya olunmuş, ətraf mühitdən təcrid olunmuş, koloniyaya bənzər müalicə müəssisələri var. Məhkəmənin qərarı ilə o şəxslərə müalicə tətbiq olunur. Mən bilmirəm, bizim qanunvericilikdə edilən dəyişikliklərdə belə incə məqamlar nəzərə alınıb, ya yox?! Milli Məclisdə oturan deputatların 99 faizi hüquqşünas deyil, 99.9 faizi hüquq-mühafizə orqanlarında işləməyib, əməliyyat istintaq işlərindən bixəbər adamlardır. Onun profilaktikası necə olur, onu da bilmirlər. Hansı əməliyyat işləri aparılır bilmirlər, hansı qabaqlayıcı profilaktik tədbirlər həyata keçirilir, onu da bilmirlər. Bütün bu incəlikləri bilmədiklərinə görə qərar qəbul ediblər, məsəldə deyildiyi kimi, “tutar qatıq, tutmaz ayran”.

Keçmiş əməliyyatçı qeyd edib ki, qanunu qəbul etmək hələ onun effekt verəcəyi anlamına gəlmir: “Qanun qəbul etmək bir haldır, humanistlikdir, “ura” deyib sevinirik. Bəs bunun icra mexanizmi necə olacaq? Hüquq-mühafizə orqanları tərəfindən necə icra olunacaq? Qəbul etmək asandır, əsas onun icra mexanizmini incəliklə tətbiq etməkdir. Qanun özünü həyatda doğruldacaqmı? Effekti necə olacaq? Neqativ hallara yol verilməyəcək ki? Neqativ hallar nədir? Az miqdarda narkotik deyilib, az miqdar bir az çox oldu, artıq az əhəmiyyətli hüquq pozğunluğundan çıxır, gedib çıxır cinayət tərkibli əmələ. Artıq onu ifşa edən hüquq mühafizə orqanının əlində “kozr” var, o onun miqdarını azalda bilər. Bir balaca azaldacaqsa, gəlib bu birinə düşəcək, bir balaca çoxaltsa da o birinə düşəcək. Ona görə deyirəm ki, qəbul etmək olar, Avropa ölkələrinə bənzəmək istəyirik. Amma effekti necə olacaq, neqativ hallara yol verilmyəcək ki?! Əsas məsələ bunlardır? Narkomanların azalmasına bunun müsbət təsiri olacaqmı? Deputatların böyük əksəriyyəti qanundan, xüsusilə də cinayət qanunvericiliyinin narkomaniyaya aid olan sahəsindən bixəbərdilər. Əməliyyat işi nədir, bilmirlər. Hər hansı narkomanın arxasınca düşməkdən ötrü ona məxfi əməliyyat işi açılır. Narkoman ifşa olunur. Bunu peşəkar əməliyyatçılar, istintaqçılar bilir. İndiki əməliyyatçılar, istintaqçılar yox, keçmişdə bu işlə çalışanlardan söhbət gedir. Yaxşı olardı ki, qanun qəbul olunanda keçmişdə hüquq-mühafizə orqanlarında işləyən, xüsusilə polisin əməliyyat xidmətində işləyən keçmiş veteran polkovniklər var. Gərək onlarla da məsləhətləşmələr aparardılar. Bu daha effektli olardı. Yoxsa Milli Məclisə deputatlar yığılıblar, biri vaxtilə tikinti sahəsində, biri ticarətdə, biri həkim, biri filoloqdur. Bunlar bu cür incə məsələdə qərar qəbul edirlər”.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR