İnsanlara hürriyət, millətlərə istiqlal!

Narışkindən ərəb dünyası ilə bağlı SENSASİON ÇIXIŞ 

1299 11.12.2023 17:43 Son xəbər A A

“2024-cü ildə yeni dünya nizamı uğrunda mübarizənin əsas arenası Qərbin qlobalist iddialarının darmadağın edildiyi ərəb ölkələri olaraq qalacaq”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin məqaləsində yazıb.

“Burada qlobalist elitaların hegemon rola iddialarının necə bitdiyi aydın görünür”, - deyə o bildirib.

Məqalə müəllifi diqqəti “İraqın işğalı, Liviya və Yəməni məhv edən bədnam (öz ifadəsidir - red.) “ərəb baharı”, Suriyada uzun sürən müharibə, Rusiya Federasiyasında qadağan edilmiş “İslam Dövləti” terror qruplaşmasının yaranması və “Yaxın Şərqdə sünni və şiə “qütblərini” bir-biri ilə vuruşdurmaq” cəhdlərinə yönəldib.

“Qərbin bu cür birtərəfli və uzaqgörən siyasətinin iflasa uğramasının əsas səbəbi inanılmaz dərəcədə sadədir - bu, məşhur “ərəb baharı”ndan fərqli olaraq, Yaxın Şərq xalqlarının yeni və bu dəfə əsl oyanışıdır”, - deyə Rusiya kəşfiyyatının rəhbəri qeyd edib.

Məqalədə deyilir: “Çoxqütblü dünya onsuz da qlobalistlərin “ləğv edə bilməyəcəkləri” reallıqdır. Dünən demək olar ki, qeyri-mümkün görünən şey: Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlərin normallaşması, onların Misirlə birlikdə BRICS-ə daxil olması, Suriyanın “ərəb ailəsinə” qayıtması bu gün danılmaz bir həqiqətdir”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR