İnsanlara hürriyət, millətlərə istiqlal!

Nail Kəmərlinin avtomobilindən oğurluq edən şəxs tutulub

916 31.08.2022 10:55 Kriminal A A

Bakıda bloqer Nail Kəmərlinin avtomobilindən oğurluq edən şəxs tutulub.

Həmin şəxs paytaxt sakini, 1997-ci il təvəllüdlü Əli Kazımovdur.

O, polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı saxlanılıb.

Araşdırma zamanı müəyyən olunub ki, Ə.Kazımov dəfələrlə oğurluq əməllərinə görə məhkum edilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ötən həftə gecə saatlarında N.Kəmərlinin yaşadığı ərazidə park etdiyi “Niva” markalı avtomobilinə daxil olan naməlum şəxs oradan “Canon” markalı fotoaparat oğurlayıb. Həmçinin avtomobilin maqnitafonu sındırılaraq yararsız hala salınıb ("Report").

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR