İnsanlara hürriyət, millətlərə istiqlal!

Müttəfiqləri Ukraynaya 25-30 HIMARS və MLRS verəcək

493 24.07.2022 16:17 Region A A

Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak müttəfiqlərlə 25-30 ədəd HIMARS və MLRS-nin Ukraynaya təhvil verilməsi ilə bağlı mövcud razılaşmanı açıqlayıb.

 Musavat.com APA-a istinadən xəbər verir ki, o, bu barədə Telegram-da yazıb.

Eyni zamanda, o vurğulayıb ki, indi əsas məsələ MLRS üçün raketlərin çatdırılmasının logistikasıdır.

“ABŞ Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin sədri Adam Smit Prezidentlə və Hökumət komandası ilə görüşdən sonra mediaya müsahibəsində ABŞ və müttəfiqləri tərəfindən Ukraynaya veriləcək HIMARS və MLRS sayını açıqladı. Hazırda əsas məsələ MLRS üçün raketlərin çatdırılmasının maddi-texniki təchizatıdır və burada hərbçilər məni yaxşı başa düşəcəklər”, - Yermak bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR