İnsanlara hürriyət, millətlərə istiqlal!

Mütəxəssislərdəndən xəbərdarlıq: Gün eynəyi alarkən diqqətli olun!

447 14.06.2023 15:15 Gündəm A A

Günəş eynəkləri yay aylarının əvəzolunmaz aksesuarındandır. Lakin eynək seçimi edərkən üz quruluşumuzu nəzərə almaqla yanaşı gözlərimizin sağlamlığını da unutmamalıyıq.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislər saxta eynəklərin göz sağlamlığı üçün təhlükələrini və zərərlərini açıqlayıblar.

Günəş eynəyi alarkən axtardığınız ən vacib şey, onun 100 faiz ultrabənövşəyi (UB) şüalarını keçirmədiyinə əmin olmaqdır.

Günəş şüalarının zərərli təsirlərindən qorunmaq üçün lazımi şərtlərə cavab verməyən gün eynəkləri gözlərə böyük zərər verə bilər

Gün eynəklərinin qiymətlərindən əlavə, günəş şüalarını keçirməmə xüsusiyyəti daha önəmlidir.

Linzadan istifadə edən insanlara, eynəkdən istifadə mütləqdir ki, linzalar qurumasın.

Mütəxəsislər onu da qeyd edir ki, saxta eynəklərə görə erkən yaşlarda görmə pozğunluqları, korluq yarana bilər.

Həmçinin eynək alarkən şüşəsinin tünd rəngli olmamasına üstünlük vermək lazımdır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR