İnsanlara hürriyət, millətlərə istiqlal!

Mütəxəssis gecə klubunda baş verən partlayışdan DANIŞDI

1175 03.04.2022 15:50 Gündəm A A

Məlum olduğu kimi, gecə saat 03:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda partlayış baş verib. Partlayış nəticəsində 1 nəfər ölüb, 37 nəfər müxtəlif bədən xəsarətləri alıb. Hadisənin qaz balonunda yaranmış sızma nəticəsində baş verdiyi ehtimal olunur. "Azəriqaz" İB-nin rəsmi açıqlamasında bildirilir ki, müəssisənin daxilində propan qaz balonları ( 3 ədəd) qoşulmuş istifadə olunan vəziyyətdə aşkar olunub. “Qeyd olunan obyekt təbii qaz istifadəçisi deyil. Həmçinin yaxınlığında yeraltı qaz xətləri mövcud deyil. Təhlükəsizlik məqsədilə qeyd olunan ərazinin qaz təchizatı dayandırılıb. Ölən və yaralananlar var” deyə açıqlamada bildirilir.

Azad İstehlakçılar Birliyinin kommunal təsərrüfat üzrə mütəxəssisi Nüsrət Qasımov Musavat.com-a bildirdi ki, qanunvericiliyə görə yaşayış obyektlərinin altında olan obyektlərə qaz xətti çəkilmir, lakin qaz balonunun istifadəsi də yolverilməzdir: “Propan qazının istilik törətmə qabiliyyəti maye qazın istilik törətmə qabiliyyətindən 3 dəfə artıqdır. Buna görə də təhlükə riski də dəfələrlə artıqdır. “Azəriqaz” İB deyir ki, ölkənin 95-96%-i qazlaşdırılıb. Bəs o zaman qaz balonlarına ehtiyac nədən yaranır?”

Nusret qasimov.jpg (87 KB)

Mütəxəssis qaz balonlarının ildə bir dəfə yoxlanmalı olduğuna diqqət çəkdi: “Qaz balonlarının doldurulması, daşınması və quraşdırılması üçün sahəvi mütəxəssislər olmalıdır. Hazırda bu sahədə ciddi boşluq var. Eyni zamanda qeyd etmək istəyirəm ki, bir qaz balonunun istismar müddəti 30 ildir, lakin ildə bir dəfə mütləq yoxlama aparmaq lazımdır. “Təmiz qaz” adlı qurum var, mən bildiyimə görə məhz bu məsələlərlə məşğul olur. Həmin qurum araşdırmalıdır ki, obyektdə olan qaz balonları nə zaman istifadəyə verilib”.

N. Qasımov hər an baş verəcək partlayış təhlükəsini nəzərə alaraq, qaz balonları ilə ehtiyatlı davranmağı, mütəmadi müvafiq yoxlamaları keçirməyi tövsiyə edir.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR