İnsanlara hürriyət, millətlərə istiqlal!

Müstəqil Azərbaycan dövlətçiliyinin əsasını təşkil edən Ali Qanun

390 12.11.2023 13:55 Siyasət A A

"Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək, bugünün reallıqlarını, dövlətin, cəmiyyətin inkişaf perspektivlərini əks etdirir.” Bu müdrik kəlamlar ulu öndər Heydər Əliyev tərəfindən səsləndirilib. Məhz  ümummilli liderin bilavsitə, rəhbərliyi və təşkilatçılğı ilə 28 il əvvəl müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi. Bu Ali Qanun müasir dünyanın sivil dəyərləri və qanun yaradıcılığı təcrübəsinə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri prinsiplərə söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaratmışdır. Əsası ulu öndər tərəfindən qoyulmuş bu təməl Azərbaycanı bütün sahələr üzrə inkişaf yoluna çıxarmış və bu gün dünyanın qüdrətli dövlətlərindən birinə çevirmişdir.

Musavat.com bildirir ki, bu fikirlər Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadəyə məxsusdur.

Hüquq müdafiəçisi Azərbaycanın müstəqillik yoluna qədəm qoyduğu və bu yolda qarşılaşdğı çətinlikləri xatrladaqaraq deyib ki, yaxşı ki, xalq müstəqilliyimizin qorunub saxlanılması və möhkmləndirilməsi üçün ulu öndər Heydər Əliyevə müraciət etdi: “1993- cü ildə xalqn təkidli xahişi ilə yenidən siyasi hakimiyyətə qayıdan ulu öndər öz müdrik siyasəti, uzaqgörənliyi və dövlət idarəçiliyindəki zəngin təcrübəsi ilə milli dövlətçilik ideyasını həyata keçirməyə başladı və çox çətinliklərə sinə gərərək  müasir və müstəqil  Azərbaycan dövlətinin qurulmasına nail oldu. Bundan sonra ölkəmiz tədricən Heydər Əliyevin rəhbərliyi ilə yeni inkişaf yoluna qədəm qoydu. Həmin o gərgin və keşməkeşli dövrdə daxildə siyasi sabitliyin təmin edilməsi, kompleks xarakterli ilahatların  reallaşdırılması ölkənin iqtisadi qüdrətinin artırılması üçün qaunvericilik bazasının hazırlanmasına zəruri ehtiyac yaranmışdı. Müstəqil dövlətimiz hələ də köhnə sovet qanunları ilə idarə olunurdu. Bu da hüquqi və demokratik cəmiyyət quruculuğuna, qanunun aliliyinin təmin olunmasına , insan hüquq və azadlıqlarının müasir tələblər səviyyəsində təminatına imkan vermirdi. Məhz bu səbəbdən müstəqil dövlət qarşısnda  duran ən vacib məsələrdən biri- yeni Konstitusiya layihəsinin hazırlanması oldu”.

Ç.Qənizadə ölkənin konstitusiya quruluşunun tarixində önəmli faktlar xatrladaraq deyib ki, 1918-1920-ci illərdə cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin Əsas Qanununu qəbul edə bilməmişdi. Bu səbəbdən Azərbaycanın konstitusiya quruluşunun tarixi SSRİ-nin tərkibində olduğu dövrə təsadüf olunur. Azərbaycan SSR-i dövründə Konstitusiya bir neçə dəfə dəyişdirilmişdir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. SSRİ-nin yaradılması ilə əlaqədar 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında Konstitusiyaya əlavə və dəyişikliklər qəbul olunub. 1927-ci il martın 26-da V Ümumazərbaycan Sovetlər Qurultayında Azərbaycan SSR-in növbəti Konstitusiyası təsdiq edilib. 1936-cı ildə SSRİ-nin yeni Konstitusiyasının qəbul edilməsi ilə əlaqədar 1937-ci il martın 14-də IX Ümumazərbaycan Sovetlər Qurultayının qərarı ilə Azərbaycan SSR-in yeni Konstitusiyası qüvvəyə minib. 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul edildikdən sonra Azərbaycan SSR-in yeni Konstitusiya layihəsi hazırlanıb. Bir il sonra  aprelin 2-də həmin layihə ilə əlaqədar Azərbaycan SSR Ali Sovetində məruzə ilə çıxış edən ümummilli lider Heydər Əliyevin təklifi ilə 73-cü maddə aşağıdakı redaksiyada verilib: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”.1978-ci il aprelin 21-də Azərbaycan SSR-in sonuncu Konstitusiyası qəbul olunub. Bu sənəd müəyyən dəyişiklik edilərək 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edilənədək qüvvədə olub. 

Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri müstəqil dövlətin yeni Konstitusiyasının hazırlanması olduğunu bildirən komitə sədri deyib ki, 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda seçicilərin 86 faizi iştirak etmiş və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs vermişdir. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minmişdir. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyətini nəzərə alınaraq, ulu öndər Heydər Əliyevin 1995-ci il 15 dekabr tarixli Fərmanına əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı: “Sabit inkişafı təmin edən hüquqi bazanın yaradılması Azərbaycanın dünyaya inteqrasiyasını sürətləndirdi. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi, hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu”

Ç.Qənizadə Əsas Qanunun təkmilləşməsinə xidmət edən əlavə və dəyişikliklərdən də söhbət açaraq deyib ki, dəyişilən sosial-siyasi reallıq səbəbindən və əldə olunan uğurların möhkəmləndirilməsi məqsədilə Azərbaycan Konstitusiyasında bir neçə dəfə dəyişikliklər edilib və əlavələr olunub.  Prezident  İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyada üçüncü dəfə əlavələr və dəyişikliklər edilib. Konstitusiyanın 29 maddəsində edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquqları və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlmişdir. Son dəyişikliyə əsasən idarəetmə sistemində yeni təsisat - Birinci vitse-prezidentlik institutu yaradıldı. Müstəqil Azərbaycanda bu yeni təsisat dövlət və hakimiyyət idarəetmə mexanizmində funksional institut olaraq yenilənən respublikanın yeni idarəetmə modeli oldu.
“Konstitusiyamız müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sahələrdə köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəddir” –deyə Ç.Qənizadə bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR