İnsanlara hürriyət, millətlərə istiqlal!

"Musa" Ukrayna ordusu üçün belə bir şey etdi ki... - FOTOLAR

2520 06.11.2023 14:40 Dünya A A

Müharibənin davam etdiyi Ukraynada, xüsusilə cəbhə xəttində və ya ona yaxın ərazilərdə tez-tez “baggi” tipli maşınları görmək mümkündür. Ukrayna ordusunun hərbçiləri həm münaqişələr zamanı, həm də yaralı əsgərlərin təxliyə əməliyyatlarını idarə etmək üçün çətin relyef şəraiti olan ərazilərdə baggi tipli maşınlardan istifadə edirlər.

Musavat.com xəbər verir ki, Rusiya-Ukrayna müharibəsi başlamazdan əvvəl Kiyevdə həkim işləyən “Musa” kod adlı krımlı gənc həkim müharibə başlayandan sonra Ukrayna əsgərləri üçün “baggi” tipli maşınlar istehsal etməyə başlayıb.

Rusiyanın Krımı qeyri-qanuni ilhaq etməsindən sonra paytaxt Kiyevə köçmək məcburiyyətində qalan və həyatını orada davam etdirən Musa istehsal etdiyi maşınlarla bağlı açıqlama verib. O, təhlükəsizlik səbəbindən maskadan istifadə edib:

kirimli-musa-ukrayna-ordusu-icin.jpg (44 KB)

“Müharibə başlamazdan əvvəl Kiyevdə klinika açmağı düşünürdüm, indi isə ordu üçün “baggi” tipli maşınlar istehsal edirəm”.

İstehsal etdiyi arazi vasitəsinin adının "Dracarys" olduğunu bildirən həkim doğulduğu bölgəyə qayıtmaq istədiyini və bu səbəbdən orduya kömək etdiyini vurğulayıb:

"İlk növbədə Krıma qayıtmaq istəyirəm. Bunun üçün ordumuza kömək etmək istəyirəm. Ordunun "baggi" tipli maşınlara ehtiyacı var idi, ona görə də istehsalına başladıq. Biz bu maşınları ordunun kəşfiyyat bölmələri və yaralıların təxliyəsi üçün istehsal edirik, lakin onların üzərinə silah taxıb cəbhədə atəş açmaq üçün də istifadə etmək mümkündür. Avtomobilin istehsalına təxminən bir ay vaxt lazımdır".

Musa buggi tipli avtomobilin açıq ərazidə və palçıqlı yerlərdə çox rahat hərəkət etdiyini bildirib:

kirimli-musa-ukrayna-ordusu-icin (2).jpg (93 KB)

"İstehsal zamanı xarab və ya köhnə avtomobillərin mühərrik, sürət qutusu kimi hissələrdən istifadə edirik. Bu işi mən təşkil edirəm və qrup rəhbəriyəm. Mexanika, qaynaq, şassi kimi işlərin ustaları var. Dizayn edirəm. Yoldaşlarım isə istehsal işləri ilə məşğuldur. Bir nəqliyyat vasitəsinin çəkisi 650 ilə 700 kiloqram arasında olur. Avtomobilin nə qədər yanacaq sərf etdiyi barədə tam məlumatım yoxdur, çünki biz, ümumiyyətlə, 100 kilometrə orta hesabla 10-12 litr yanacaq sərf edən mühərrikdən istifadə edirik, lakin avtomobilin təkərləri yüksəkdir və quruda şərait fərqlidir. Ona görə də yanacaq xərcləri daha yüksək ola bilər".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR