İnsanlara hürriyət, millətlərə istiqlal!

Musa Qasımlı: “Yardımlı və Masallının bir çox kəndlərində təbii qaz yoxdur”

324 15.03.2022 16:23 Gündəm A A

Deputat Musa Qasımlı Milli Məclisdəki müzakirələrdə dövlət vəsaitlərini qənaətlə istifadə etməyə, hər sentin qədrini bilməyə çağırdı.

Həmçinin o, seçildiyi 72 saylı seçki dairəsinin problemlərindən bəhs etdi. Deputat bildirdi ki, Yardımlı və Masallının bir çox kəndlərində təbii qaz yoxdur, bu da meşələrin sürətlə qırılmasına, su ehtiyatlarının yoxa çıxmasına gətirib çıxarıb: “Keçən il Yardımlıda bir çox ailələr suyu maşınla aldılar. Belə olan halda əhali şəhərlərə köçür, kəndlər boşalır”.

M.Qasımlı qız uşaqlarının təhsilinə diqqət yetirilməsini, erkən nikahların qarşısının alınmasını vacib saydı və dedi ki, hər bir kənd məktəbində ən azı bir xanım müəllimin çalışması problemlərin aradan qaldırılmasına təkan verər. Deputat Yardımlıda əlillik dərəcələrinin müəyyənləşdirilməsində seçici narazılıqlarının olduğunu da söylədi. Bununla belə, narazı şəxslərin hamısının iddialarında haqlı olduğunu deyə bilməyəcəyini də vurğuladı. Deputat əlavə etdi ki, Yardımlı ərazisində çöllərdə daş qoç heykəlləri yağışın, qarın altında qalıb, hökumət bu məsələ ilə bağlı hansısa tədbirlər görməlidir.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR