İnsanlara hürriyət, millətlərə istiqlal!

Murad Musayev harada işləmək istədiyini açıqladı

4884 04.02.2024 19:51 İdman A A

“Sabah”dan ayrılan rusiyalı məşqçi Murad Musayev karyerasını davam etdirmək variantlarından danışıb.

Musayev Rusiya klublarından təklif gözlədiyini bildirib.

“Əlbəttə, Rusiyadan gələn təklifləri nəzərdən keçirməyə hazıram. Mahaçqala “Dinamo”su? Hacı Müslümoviç (Hacıyev – “Çempionat”ın qeydi) artıq sualınıza cavab verib”, – Musayevin sözlərindən “RB Sport” sitat gətirib.

Daha əvvəl Mahaçqala “Dinamo”sunun prezidenti Hacı Hacıyev demişdi ki, “Musayevi “Dinamo”nun baş məşqçisi kimi görməyə etiraz etməyəcək, lakin indi onun sağalması üçün mikropauza lazımdır”.

Hacıyev Musayevlə danışdığını, lakin Azərbaycan klubundan ayrıldıqdan sonra ona dəstək olmaq üçün bunu etdiyini bildirib. (Publika.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR