İnsanlara hürriyət, millətlərə istiqlal!

Müharibəyə qarşı çıxan Alla Puqaçova nəvələri savaşa göndərilməklə hədələnir

1455 30.09.2022 01:29 Şou-biznes A A

Rusiya Dövlət Dumasının deputatı Roman Xudyakov Alla Puqaçovanı nəvələrini Ukrayna müharibəsinə göndərməklə hədələyib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə deputat özünün telegram kanalında yazıb.

Qeyd edək ki, rus estradasının Primadonnası sayılan Alla Puqaçova özü Kremlin Ukrayaya qarşı siyasətini açıq şəkildə pisləyir və hətta adının Rusiyanın "xarici agentləri" siyahısına salınmasını xahiş edir.

Xudyakovun sözlərinə görə, Alla Puqaçovanın nəvəsi Denis Baysarov ixtisasına görə hərbi qeydiyyatdadır, ona görə də çağırış vərəqəsi alıb Ukraynaya müharibəyə getməlidir.

Deputatın fikrincə, pop ulduzun digər nəvəsi, Nikita Presnyakovu da eyni aqibət gözləyir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR