İnsanlara hürriyət, millətlərə istiqlal!

Müharibənin qlobal iqtisadiyyata vurduğu ŞOK ZƏRƏR

663 21.02.2023 17:32 İqtisadiyyat A A

Rusiyanın Ukraynaya qarşı müharibəsi 2022-ci ildə qlobal iqtisadiyyata 1,6 trilyon dollar (1,5 trilyon avro) ziyan vurub.

Musavat.com xəbər verir ki, bu məlumat Almaniya İqtisadi Tədqiqatlar İnstitutunun (DIW) hesabatında əks olunub.

İnstitut ekspertlərinin fikrincə, dünya istehsalının həcmi məhz bu məbləğ çərçivəsində azalıb. Bu il qlobal iqtisadiyyatın itkiləri daha 1 trilyon dollar (940 milyard avro) arta bilər.

Hesabatda deyilir ki, müharibə bütün dünyada tədarük zəncirlərini pozub və enerji qiymətlərini uçurub. Bundan əlavə, inflyasiyanın artması istehlakçıların alıcılıq qabiliyyətini aşağı salıb.

DIW ekspertləri öz hesablamaları üçün Beynəlxalq Valyuta Fondunun payız proqnozlarını əsas götürüblər. Bununla yanaşı, 2023-cü ildə mütləq itkilər əvvəlki ilə nisbətən aşağı ola bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR