İnsanlara hürriyət, millətlərə istiqlal!

Müğənni Leyla Ramazanlı yeni klipini təqdim etdi VİDEO

770 14.01.2023 16:23 Şou-biznes A A

Müğənni Leyla Ramazanlı 2023-cü ilə olan ilk layihəsini təqdim edib.

Musavat.com xəbər verir ki, sənətçi sözləri Kübra Kərimli, musiqisi Sevinc Tağıyeva, aranjimanı isə İslam Şirvaniyə məxsus olan “Qanadlarını aç” mahnısını ekranlaşdırıb.

Bildirilib ki, klipin sosial mesajı “Heç nəyə baxmadan öz məqsədlərinə doğru irəliləmək”dir. Leyla təqdim etdiyi bu yeni layihəsində qadın hüquqlarına diqqət çəkib. 

6 aya ərsəyə gələn ekran işinin üzərində olduqca peşəkar yaradıcı heyət çalışıb. Klipin rejissorluğunu isə Mariya Zhelondievskaia və Yevgeniy Rodin edib. Layihənin prodüseri və rəhbəri Kamran Aydınovdur.

Klip sənətçinin rəsmi “YouTube” kanalında və digər musiqi platformalarında yayımlanıb.

Qeyd edək ki, layihə rəhbəri K.Aydınov 73-cü Kann kino festivalının “La Semaine dela Critique” (“Tənqid həftəsi”) proqramına düşən ilk Azərbaycan filmi “Axşama doğru”nun da prodüseri olub. O həmçinin Amerika Kino Akademiyasının “Oskar” mükafatına namizəd olan “Daxildəki ada” filmində də icraçı prodüseri olub.

Klipin rejissoru M.Zhelondievskaia Rusiyada eksperimental filmlərdə rejissor kimi çalışıb. Y.Rodinin filmləri isə Kann, Venesiya, Rotterdam, Hollandiyada keçirilən nüfuzlu festivallarda təqdim olunub və mükafatlar qazanıb.

Xalidə Gəray,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR