İnsanlara hürriyət, millətlərə istiqlal!

Mövlud Çavuşoğlu: “Azərbaycanın böyük zəfərinin üçüncü ildönümünü qürurla qeyd edirik” - FOTO

654 08.11.2023 18:00 Siyasət A A

“Qarabağı işğaldan azad edən Can Azərbaycanın böyük zəfərinin üçüncü ildönümünü qürur və coşqu ilə qeyd edirik”.

Oxu.Az-ın məlumatına görə, bunu Türkiyənin keçmiş xarici işlər naziri, Türkiyənin NATO Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri, Türkiyə Böyük Millət Məclisinin deputatı Mövlud Çavuşoğlu 8 Noyabr - Zəfər Günü münasibətilə “X” hesabında yazıb.

“Əziz şəhidlərimizi rəhmətlə anır, qəhrəman hərbçilərimizə, qazilərimizə minnətdarlığımızı bildiririk. Tək millət, iki dövlət olaraq Türkiyə hər zaman Azərbaycanın yanındadır”, - deyə Çavuşoğlu vurğulayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR