İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvanın iri ticarət mərkəzində yanğın - VİDEO

641 06.02.2024 14:04 Hadisə A A

Moskvanın ən böyük ticarət mərkəzlərindən biri olan "Riviera" ticarət mərkəzində yanğın olub.

BAKU.WA RİA "Novosti"yə istinadən xəbər verir ki, yanğın binanın fasad üzlüklərini əhatə edib.

Hazırda ticarət mərkəzi boşaldılıb və bütün ziyarətçilər dərhal çölə çıxarılıb.

Yanğının başlanması ilə bağlı ilk xəbərlərdən az sonra Fövqəladə Hallar Nazirliyi onun aradan qaldırılması barədə məlumat yayıb.

“Yanğınsöndürənlər tədbirlər görərək saat 9:24-də yanğını lokallaşdırıblar. Saat 9:34-də yanğın tamamilə söndürülüb”, -deyə Fövqəladə Hallar Departamentinin yaydığı məlumatda qeyd olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR