İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvada TERROR AKTI, Sankt-Peterburqa DƏHŞƏTLİ ZƏRBƏ! – Ukrayna DAĞIDIR, ruslar QAÇIR-TV Musavat

484 24.07.2026 11:20 Ölkə A A

Ukrayna ordusu səhər saatlarında Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən “Wildberries” logistika mərkəzinin iki anbarına PUA-larla zərbələr endirib.

Axar.az xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb.

Bildirilib ki, zərbələrdən sonra anbarlarda yanğın baş verib.

Şirkət anbarların fəaliyyətinin müvəqqəti dayandırıldığını açıqlayıb.

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) Moskvada təhlükəsizlik orqanı əməkdaşına qarşı terror aktı hazırlamaqda şübhəli bilinən Rusiya vətəndaşının saxlanıldığını açıqlayıb.

Axar.az APA-ya istinadla xəbər verir ki, bu barədə FSB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
Məlumata görə, 1996-cı il təvəllüdlü qadın təhlükəsizlik orqanı əməkdaşlarından birinin avtomobilinin altına əldəqayırma partlayıcı qurğu yerləşdirməyə cəhd edərkən saxlanılıb.

Faktla bağlı terror aktına cəhd və partlayıcı qurğuların qanunsuz dövriyyəsi maddələri ilə cinayət işi açılıb.
Şübhəli barəsində həbs qətimkan tədbiri seçilib.

Ftx onun əməllərinə dövlətə xəyanət maddəsinin də tətbiq olunması məsələsinə baxıldığını bildirib.

Gündəmdəki bir çox xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız Ukraynada yaşayan polkovnik Elxan Nuriyevlə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR