İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvada qasırğa: Ağaclar aşdı, metro bağlandı - VİDEO

758 07.07.2022 20:44 Region A A

Cümə axşamı günortadan sonra Moskvanın bir sıra rayonlarında əsl qasırğa hökm sürüb.

Musavat.com Oxu.az-a istinadən xəbər verir ki, göy gurultusu ilə müşayət olunan leysan zamanı güclü külək ağacları qırıb.

Bir çox rayonlarda yolları su basıb.

Hava şəraiti metro xətlərində nasazlığa səbəb olub. Belə ki, metro xətlərinin yerüstü hissəsinə ağacların aşması səbəbindən qatarların hərəkəti müvəqqəti dayandırılıb.

Moskvalılara evdən çıxmamaq tövsiyyə olunub.

Zərərçəkənər barədə məlumat dəqiqləşdirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR