İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvada erməni general saxlanıldı - DETALLAR AÇIQLANDI

1360 20.11.2023 15:49 Siyasət A A

Ermənistanın Məhkəmə Aktlarının Məcburi İcrası Xidmətinin keçmiş rəhbəri, ədliyyə general-mayoru Miqran Poqosyan saxlanılıb.

Musavat.com xəbər verir ki, M.Poqosyan Moskvada tutulub.

Ermənistanda o, 9 cinayət maddəsi ilə axtarışdadır. Məlumatlara görə, Poqosyan Tverskaya küçəsində yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Onun üstündə “qaçqın vəsiqəsi” olub. Artıq Miqran Poqosyanın saxlanılması barədə Ermənistan polisinin mərkəzi idarəsinə məlumat verilib və yaxın vaxtlarda onun Rusiya Federasiyasından ekstradisiya ediləcəyi bildirilir.

Poqosyanın Rusiyada “Miqran” şirkətinin məhsullarının topdan satışı, yükdaşıma, avtomobil icarəsi və lizinq fəaliyyəti ilə məşğul olduğu bildirilir.

Ermənistanda digər məsələlərlə yanaşı, Poqosyan qanunsuz biznes nəticəsində 1,3 milyon dollar vergidən yayınmaqda ittiham olunur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR