İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva–Pxuket reysi ilə bağlı yeni açıqlamalar: şirkət iddiaları təkzib etdi

531 04.12.2025 00:11 Dünya A A

Musavat.com xəbər verir ki, Domodedovoya təcili eniş edən "Red Wings" təyyarəsi ilə bağlı şirkət və rəsmi qurumlar yeni məlumatlar yayıb.

Aviaşirkət bildirib ki, hadisədən sonra bir neçə reysin cədvəli dəyişdiriləcək. Bununla yanaşı, bəzi Teleqram kanallarında yayılan “alovlanan təyyarə” iddiaları "Red Wings" tərəfindən təkzib olunub və bu məlumatların gerçəkliyi əks etdirmədiyi vurğulanıb.

Rosaviatsiya isə açıqlamasında qeyd edib ki, Moskva–Pxuket reysi ilə Domodedovoya qayıdan təyyarənin göyərtəsində ümumilikdə 425 nəfər olub və onların heç biri xəsarət almayıb. Vəziyyətin tam nəzarət altında olduğu bildirilib. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR