İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva Bakı ilə münasibətləri yerində yoxlamaq üçün hərəkətə keçir

5983 19.02.2023 13:11 Gündəm A A

Xəbər verdiyimiz kimi, Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirib ki, xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri üzərində iş gedir. Onun Bakıya səfərinin fevral ayının sonunda baş tutacağı, hələlik dəqiq tarixin müəyyənləşmədiyi qeyd olunur. 

Səfərlə bağlı gözləntilər nələrdir?

Siyasi şərhçi Asif Nərimanlı Musavat.com-a açıqlamasında bildirib ki, Sergey Lavrovun gəlişi Azərbaycan-Rusiya və Azərbaycan-Ermənistan münasibətlərində Moskvanın təşəbbüsləri ilə bağlıdır.

1628337715_792.jpg (155 KB)

O qeyd edib ki, hazırda bu iki məsələni bir-birindən ayrı görmək mümkün deyil, çünki söhbət Rusiyanın bölgədəki mövcudluğundan gedir və Bakı-İrəvan münasibətlərində aparıcı olmaq həlledici məqamlardandır:

“Ermənistanın Avropa İttifaqının müşahidə missiyasını bölgəyə gətirməsi və faktiki olaraq, Rusiyanın bölgədəki maraqlarına təhlükə yaratması Moskvanı Bakıya doğru meyllənməyə vadar edir. Rusiya rəsmiləri artıq bu haqda daha ucadan danışırlar. Cənubi Qafqazdakı bu mənzərə fonunda Sergey Lavrovun Bakıya səfəri Rusiyanın Azərbaycanla münasibətləri belə demək mümkünsə, yerində yoxlamaq və regionda atılacaq addımları müzakirə etmək məqsədi daşıyır. Təbii ki, Lavrov Azərbaycan-Ermənistan sülh müqaviləsinin bağlanmasında Rusiyanın vasitəçilik missiyasının davam etməsinə əmin olmaq, həmçinin, bu vasitəçiliyə yaranmış riskləri aradan qaldırmaq üçün Bakıya gəlir. Qərb aktiv şəkildə bölgəyə qayıtmağa başlayıb, Rusiyanın vasitəçiliyinə alternativi də Ermənistan üzərindən edirlər. Azərbaycan burada neytral mövqe sərgiləyir. Çünki hər iki tərəfin gündəliyi müəyyən detalları istisna etsək, böyük ölçüdə Bakının tələblərinə uyğun gəlir və Azərbaycan iki tərəfdən birinin önə çıxmasını təmin edəcək siyasət izləmir, əksinə, bu rəqabətdən maraqlarının təmin edilməsi üçün itifadə edir. O baxımdan, hər iki tərəf, həm Rusiya, həm Qərb üçün bölgədəki balansı Ermənistan üzərindən dəyişmək imkanı var, yəni tərəflərdən biri Ermənistanı öz masasında saxlaya bilsə, qalib də o, olacaq. Dediyim kimi, hər iki masada gündəliyi Azərbaycan müəyyən etdiyi üçün bizim üçün kimin qalib gələcəyi əsas deyil. Mövcud vəziyyətdə Qərbin Ermənistanı öz masasında saxlamaq imkanı daha geniş görünür, Paşinyan hakimiyyətinin anti-Rusiya siyasəti, o cümlədən, kommunikasiyanın açılmasında Moskvanın istəklərini qəbul etməməsi burada rol oynayır. Rusiya da indi Azərbaycan üzərindən ən azı balansı öz xeyrinə qorumağa çalışır.

13b84d48-1f5a-3eb9-8a7c-f03618ff5fc4_850.jpg (100 KB) 

İstisna deyil ki, Sergey Lavrov sülh müqaviləsinə dair yeni təklifləri də Bakıya gətirir. Rusiya XİN-in Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi İqor Xovayevin Lavrovun gəlişindən öncə İrəvan və Bakıda olması da Moskvanın yeni təkliflər üzərində işlədiyini deməyə əsas verir. Mümkündür ki, Lavrov Bakı ilə yanaşı, İrəvana da səfər edəcək, o cümlədən, Rusiyanın vasitəçiliyi ilə yeni üçtərəfli görüşün keçiriləcəyi də gözləniləndir”.  

“Fevralın 10-da Lavrov Ermənistan XİN rəhbəri Ararat Mirzoyanla telefon danışığı zamanı Azərbaycan-Ermənistan sülh müqaviləsinin parametrlərini müzakirə edib. Sülh müqaviləsi yolunda işıq görünürmü?” sualına isə Asif Nərimanlı belə cavab verib:

“Sülh müqaviləsinin imzalanmasına dair bütün tərəflərin ortaq mövqe sərgilədiyi müşahidə edilsə də, ciddi fikir ayrılıqlarının olduğu sirr deyil. Xüsusilə sərhədin delimitasiyası və kommunikasiyanın açılması məsələsində təkcə Azərbaycan və Ermənistanın yox, həm də Rusiya və Qərbin fikir ayrılığı var. Proseslər göstərir ki, Bakı və İrəvandan daha çox, Qərb və Rusiya öz gündəliyini tətbiq etməyə çalışır. Mübarizə  ən çox kommunikasiya üzərində gedir. Misal üçün, Rusiya Zəngəzurdan keçəcək yolun “dəhliz məntiqi” ilə açılmasını istəyir, Qərb “yol məntiqi” ilə. Münxendə keçirilən üçtərəfli görüşdə də bu məsələ bir daha gündəmə gəldi.

eefb07cb-a61a-3de3-932b-455ee4bec3bf_850.jpg (91 KB)

Ümumilikdə hər kəs sülh sazişindən bəhs etsə də, ortada mürəkkəb vəziyyət var və bu vəziyyətdə ortaq mövqenin tezliklə tapılacağı ehtimalı azdır”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR